Accessibility links

Media hüququ eksperti: “Mehman Hüseynovun çəkdiyi korrupsiya faktları bunları narahat edir”


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirir ki, Mehman Hüseynov başqalarının mülklərini çəkərək onların mülkiyyət hüququnu pozub. Bu Hüseynovun göstərdiyi korrupsiya faktarının bunları narahat etdiyini nümayiş etdirən bir yanaşamdır.”

Bu barədə media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib.

Ələsgər Məmmədli: “Mehman Hüseynovun çəkdiyi korrupsiya faktları hüquqları pozmur, bunları narahat edir”
please wait

No media source currently available

0:00 0:07:10 0:00

Onun fikrincə, ictimai fikrə görə Mehman Hüseynovun həbsi daha çox onun korrupsiya faktlarını göstərməsinin qarşısını almaq cəhdidir.

“Bu həm də Hüseynovun ifadə azadlığı məhbusu olduğunu nümayiş etdirir.”

Ekspert Novruzovun blogeri müdafiə edənlərin antimilli adlandırmasına da münasibət bildirib.

“Mehmanı müdafiə edənlər insan hüquq və azadlıqlarını düşünən, onu həqiqi bir prinsip kimi qəbul edən tərəfdir. Təəssüf ki, millət vəkilləri özlərinin səs verdiyi qanunları, əməl etməli olduqları konstitusiya müddəalarını bir tərəfə qoyub hansısa dırnaqarası ədalətdən danışırlar. Hansı ki, Mehmanın söz, ifadə azadlıqları, böhtana məruz qalmamaq, ədalətli mühakimə hüququ var idi. Mehmanın bu hüquqlarını deyən tərəf konstitusiyanı müdafiə edir. Amma buna qarşı fikir bildirmək də, o deməkdir ki, konstitusiyanın üstünlüyünü qəbul etmir,” Məmmədli deyib.

Ekspert hesab edir ki, blogeri müdafiə edənlərin deputat tərəfindən “antimilli qüvvələr”, “ermənipərəst” adlandırılması “saqqız kimi çeynənmiş əsası olmayan qeyri-ciddi yanaşma”dır.

“Bu kimi yanaşmaya münasibət bildirməyə belə dəyməz,” o əlavə edib.

Onun fikrincə, blogerin haqsızlığa məruz qalması məqamı var. Onun müdafiə edilməsini təxribat kimi qiymətləndirmək düzgün deyil.

“Mehmana iki illik həbsdən sonra yeni ittihama məruz qalıb. Onun döydüyü iddia edilən zabitin fotoları yayılandan sonra bunun mümkün olmadığı bir daha göründü. Ortada bir haqsızlıq var. İnsanlar haqsızlığa qarşı çıxır. Bunu nə ilə isə əlaqələndirmək siyasi manipuliyasiyadan başqa bir şey deyil.”

Məmmədlinin sözlərinə görə, son səkkiz gündə blogerin müdafiəsi ilə bağlı aksiya keçirən 15 şəxsə qarşı məhkəmə qərarı olub.

“Hakimlər heç də aksiyanın mahiyyətinə uyğun adekvat olmayan cəza verərək, dinc, sərbəst toplaşmaq hüququndan istifadə edən şəxsləri cəmiyyət üçün təhlükəli cinayətkar hesab edib, həbsə göndərib. Bu Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və onun tətbiqinə məhkəmə nəzarəti həyata keçirən Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə daban-dabana ziddir.”

Ekspert hesab edir ki, məhkəmələrdə hüquqları pozulan şəxslər Avropa Məhkəməsinə müraciət edəcək və Azərbaycan həmin şikayətlər üzrə konpensasiyalar ödəməli olacaq.

“Təbii ki, həmin konpensasiyalar qanunvericiliyi pozaraq və ya sifarişlə qərar qəbul edən hakimlərin sərvətlərindən ödənilməyəcək. Onlar vergi ödəyicilərin vəsaitindən ödəniləcək. Təklif edirəm ki, qanunvericiliyə dəyilşiklik edilsin ki, Avropa İnsan Hüquqları Konvensiyasını, Azərbaycan qanunvericiliyini pozaraq qərar qəbul edilən hakimlərin işindən şikayətlər üzrə təyin edilmiş konpensasiyalar elə həmin hakimlərin sərvətlərindən ödənilsin. Çünki, biz vergi ödəyiciləri hakimlərin səhvinin düzəldilməsi üçün dövlət büdcəsinə vəsait ödəmirik. Biz istəyirik ki, vergimiz qocalara, uşaqlara, təhsilə xərclənsin”, Məmmədli qeyd edib.

XS
SM
MD
LG