Accessibility links

Media nəhəngləri InfoWars-un materiallarını səhifələrindən çıxarır


Bir neçə media nəhəngi ifrat sağçı və konspirasiya mahiyyətli InfoWars media mənbəyinin materiallarını çıxaracağını bəyan edib.

Apple InfoWars-un iTunes və podkast applikasiyalarından 100-dən artıq məlumatı çıxardığını bildirib.

Facebook InfoWars-un təsisçisi Aleks Counsa məxsus 4 səhifəlik yazını artıq sildiyini deyir.

Couns son zamanlar kospirasiya nəzəriyyələri yaymaqla tanınmağa başlayıb. Onun iddiaları arasında 11 sentyabr Dünya Ticarət Mərkəzinə terror hücumları və 2012-ci ildə Sandy Hook ibtidai məktəbindəki atışmanı ABŞ hökumətinin yaratdığına dair iddiası da var.

Facebook Counsun transgenderlər və müsəlmanlar haqda yazdıqlarının qurumu belə bir addım atmağa vadar etdiyini bildirib.

İyul ayında Facebook Counsun şəxsi profilini bağlayıb.

Bazar ertəsi günü InfoWarsun yalnız RealNews podkastı iTunes-da qalıb.

Hərçənd ki, Counsun baxışları ifrat sayılır, son vaxtlar o, geniş auditoriyada populyarlıq qazanmağa başlayıb. 2015-ci ilin dekabrında o vaxt prezidentliyə namizəd olan Tramp İnfoWars-a peyk vasitəsilə müsahibə vermişdi.

“Sizin gözəl reputasiyanız var. Mən sizi məyus etməyəcəm” , Tramp Counsa demişdi.

XS
SM
MD
LG