Accessibility links

Media: Navalnı Sibirə səfəri zamanı xüsusi xidmət orqanları tərəfindən ciddi izlənilib


Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya
Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya

Kremlin tənqidçisi, tərəfdaşlarının dediyi kimi, keçən həftənin cümə axşamı günü zəhərləndirilən Aleksey Navalnı ondan əvvəlki günlər ciddi nəzarət altında olub. Bu haqda məlumatı mənbələr və hüquq-mühafizə orqanlarına istinadən Rusiya qəzeti verib.

“Moskovskiy komsomolets” qəzetinin verdiyi məlumata əsasən, Sibirə səfərdən sonra təyyarədə özünü piss edən Navalnı Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabitləri, onun hərəkət marşrutu isə kameralar tərəfindən izlənilib.

Prezident Vladimir Putinin uzun müddətdir opponenti olan 44 yaşlı anti-korrupsiya fəalı Navalnı şənbə günü müalicə olunmaq üçün xüsusi reyslə Almaniyaya gətirilib.

Rusiya müxalifət lideri Aleksey Navalnının Berlində müalicə olunduğu “Şarite” klinikası
Rusiya müxalifət lideri Aleksey Navalnının Berlində müalicə olunduğu “Şarite” klinikası

Navalnı Omsk şəhərindən evakuasiya olunmazdan əvvəl süni komaya salınıb. Onun Berlində müalicə olunduğu “Şarite” klinikasından hələlik məlumat verilməyib.

Bazar günü Navalnının komandası onun zəhərlənməsi ilə bağlı məlumatları müzakirə etmək üçün YouTube kanalı vasitəsilə brifinq keçirməyi planlaşdırmışdı. Lakin sonradan Navalnının nümayəndəsi Kira Yarmış və onun qərargahının rəhbəri Leonid Volkov Twitter sosial şəbəkəsində tədbiri hələ hazır olmadıqlarını bildirirərək, təxirə salıblar.

“Moskovskiy komsomolets” qəzeti xusisi xidmət orqanlarındakı mənbələrə istinadən Navalnının marşrutu, komandasının otellərdə tutduğu nömrələrin sayı və Navalnının onun üçün rezerv edilmiş otaqda gecələmək istəmədiyinə qədər təfərrüatlar haqda detallı məlumat verib.

Qəzetin bildirdiyinə görə, kirayə edilmiş mənzillərdən birinin ünvanı polis nəzarəti nəticəsində Navalnı tərəfdarlarından birinin suşi sifariş etdiyi zaman aşkar edilib.

“Məni izlənilmənin miqyası heç təəccübləndirmir, biz bunu əvvəl də gözəl bilirdik. Amma qəribə burasıdır ki, onlar bu haqda danışmaqdan çəkinməyiblər”, Kira Yarmış Twitter-də yazıb.

“Moskovskiy komsomolets” qəzetinin mənbələri Navalnının izlənməsi nəticəsində onun xəstələnməsi ilə əlaqədar olan heç bir şübhəli kontakt müəyyən edilmədiyini bildiriblər.

Qəzetin bildirdiyinə görə, xüsusi xidmət orqanlarının fikrincə, Navalnının zəhərlənməsi ya aeroportda, ya da təyyarədə baş verib.

Qəzet eyni zamanda, hüquq-mühafizə orqanlarının Navalnı və onun komandasının olduğu yerlərdə polis tərəfindən götürülən nümunələrin laboratoriyada təhlil edilmiş nəticələrini gözlədiyini yazıb.

İlk nəticələrin bazar ertəsi günü, radiaktiv materiallarla bağlı təhlillərin nəticələrinin isə bir neçə gün sonra veriləcəyi gözlənilir. Qəzet nəticələrin ictimaiyyət üçün açıqlanıb-açıqlanmayacağı haqda məlumat verməyib.

Omskda Navalnını Almaniyaya evakuasiya edilməzdən əvvəl müalicə edən həkimlər onun zəhərləndiyini düşünmədiklərini bildiriblər. Onlar qanda şəkər səviyyəsinin az olması səbəbi ilə maddələr mübadiləsinin pozulması diaqnozu qoyublar.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü Navalnının xəstəliyinin səbəbinin aydın olmadığını deyib. Bundan öncə o, zəhərlənmə versiyasının laboratoriya testləri ilə təsdiq edilməli olduğunu və həkimlərin Navalnıya kömək etmək üçün əllərindən gələni etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG