Sosial X media platformasının rəhbəri Linda Yakkarino cümə axşamı bildirib ki, yaraqlıların İsrailə hücumundan sonra şirkət HƏMAS-la əlaqəli yüzlərlə hesabı silib və on minlərlə materialı silmək və ya etiketləmək üçün addımlar atır.
Bu addımlar Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Bretonun Onlayn məzmunları ilə bağlı yeni qaydalarına riayət etmək və HƏMAS-ın hücumundan sonra X mesajlaşma platformasında dezinformasiyanın yayılmasına qarşı mübarizə aparmaq üçün İlon Maska 24 saatlıq xəbərdarlığından sonra atılıb.
Avropa İttifaqının əvvəllər Twitter kimi tanınan X-in qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair əsasları olduğunu deyən Breton komandasının Yakkarinonun cavabını təhlil edərək, növbəti addımlar barədə qərar verəcəyini bildirib.
Bu yaxınlarda qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı (DSA) X və Facebook da daxil olmaqla, əsas internet platformalarından qeyri-qanuni məzmunu silmək üçün daha çox tədbir görmələrini, ictimai təhlükəsizliyə və vətəndaş diskussiyasına qarşı riskləri həll etmək üçün addımlar atmalarını tələb edir.
Yakkarino X-də sürətlə dəyişən vəziyyətə cavab vermək üçün resursların yenidən bölüşdürdüyünü və daxili komandaları yenidən diqqət mərkəzində saxladığını bildirsə də, hansı dəyişikliklərin baş verdiyini dəqiqləşdirməyib. O əlavə edib ki, hücumdan qısa müddət sonra şirkət vəziyyəti qiymətləndirmək üçün rəhbərlərdən ibarət qrup toplayıb.
Yakkarino bildirib ki, X tələb olunan vaxt çərçivəsində Avropa İttifaqının ləğvetmə ilə bağlı 80-dən çox sualına cavab verib və Europol-dan platformadakı qeyri-qanuni məzmunla bağlı heç bir məlumat almayıb.
Forum