Accessibility links

Bloger Mehman Hüseynov sərbəst buraxılıb [Audio-müsahibə]


Mehman Hüseynov
Mehman Hüseynov

Polisdə ona deyiblər ki, çox tənqid edir və buna son qoymalıdır

Bu gün səhər Bakının Nəsimi rayon Polis idarəsinin 22-ci Polis Bölməsinə aparılan bloger Mehman Hüseynov dindirildikdən sonra azad buraxılıb.

Mehman Hüseynov ilə müsahibə
please wait

No media source currently available

0:00 0:04:20 0:00
Direct link

M.Hüseynov Amerikanın Səsinə müsahibəsində deyib: “7 nəfər mülki geyimli şəxs və bir polis işçisi məni saxladılar. 22-ci polis bölməsində dedilər ki, “sən yaxşı oğlansan, amma çox tənqid edirsən” və mənim fəaliyyətim izlənilir.

Sonra onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Müstəntiq Babək Rüstəmov bildirib ki, hansısa mağaza sahibindən M.Hüseynovla bağlı şikayət daxil olub.

Belə ki, guya, aprelin 11-də Mehman Hüseynov həmin mağazanın yaxınlığındakı barlar barədə reportaj hazırlamaq məqsədilə dükanda olub. O tələb edib ki, həmin barlarda əxlaqsızlıq yuvalarının olduğunu və onlara Nəsimi rayon Polis İdarəsinin rəisinin nəzarət etdiyini təsdiqləsinlər.

Bloger bunu böhtan adlandırıb. O bildirib ki, o, Səbayel rayonundan kənarda çəkiliş aparmayıb və araşdırmaçı jurnalist deyil. O, göstərlən vaxtda həmin mağazada olmayıb. Bunu onun işlədiyi Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun ofisinə gələn və oradan çıxan şəxsləri qeydə alan videokameradakı, həmçinin sözügedən mağazanın kamerasındakı məlumatlar təsdiqləyə bilər.

Sonra blogeri Nəsimi polisinin rəis müavini dindirib.

“O, mənə təxribat xarakterli suallar verirdi, məsələn, saç düzümüm niyə belədir?”, - M.Hüseynov qeyd edib və baş verənləri özünə təzyiq kimi qiymətləndirib.

Eyni zamanda Nəsimi polisində olduğu müddətdə ona deyiblər ki, çox tənqid edir və buna son qoymalıdır.

Qeyd edək ki M.Hüseynov “Sancaq” bloqunda polisin qanunsuz hərəkətlərini ifşa edən foto və videomateriallar dərc edir. Odur ki, bugünkü saxlanmanı özünə təzyiq kimi qiymətləndirir.

***

Blogger Mehman Hüseynov iyulun 7-də səhər saat 09.25-də Xaqanı küçəsində (Hesablama Palatasının binası ilə üzbəüz) naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Hadisənin şahidi olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşının agentliyə dediyinə görə, blogeri saxlayanlar onu qara rəngli cip Prado avtomobilinə əyləşdirərək digər ağ rəngli maşının müşayiəti ilə aparıblar.

RATİ-nin direktoru Emin Hüseynov hadisə barədə Daxili İşlər Nazirliyinin 102 sorğu xidmətinə məlumat verdiklərini deyib.

Məlumata görə, RATİ əməkdaşları iki gün ərzində ofisin həyətində şübhəli adamların olduğunu görüblər. Şənbə günü onlardan biri RATİ-nin ofisinə gələrək özünü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edib və Mehman Hüseynovun yerini soruşub. Ondan vəsiqəsini tələb etdikdə həmin şəxs ərazidən uzaqlaşıb.

Nəsimi polisindən onların belə bir axtarış aparmadıqlarını deyiblər.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG