Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Xədicə İsmayılı dərhal azad etməyə çağırır


CPJ,Koree Mirga Gaazexeessitota Adduyaaf falamtu
CPJ,Koree Mirga Gaazexeessitota Adduyaaf falamtu

JMK bildirir ki, Azərbaycan Avropa və Mərkəzi Asiyada jurnalistləri ən çox həbsə atan ölkədir. Azı 8 jurnalist həbsdədir

Xədicə İsmayılın həbs müddətinin uzadılması bir daha göstərir ki, hökumətin əlində onun cinayət törətməsinə aid heç bir sübut yoxdur və yeganə məqsədi onu susdurmaqdır”.

Bu barədəJurnalistləri Müdafiə Komitəsi (JMK) Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılla bağlı son bəyanatında bildirir.

Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin Xədicə İsmayılın həbs müddətinin uzadılması haqda qərarını qüvvədə saxlayıb.

JMK bu qərarı ədalətsiz sayır.

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Ognianova deyib:

“Biz Azərbaycan hökumətini saxta ittihamları ləğv etməyə və Xədicə İsmayılı dərhal azad etməyə çağırırıq. Bundan sonra onlar diqqətlərini peşə fəaliyyətinə görə həbs edilmiş digər 7 jurnalistə yönəldə bilərlər”.

Xədicə İsmayıl jurnalist həmkarını intihar həddinə çatdırmada ittiham edilir. Onun özü bu ittihamı rədd edir və həbsinin hökumətdəki korrupsiyanı araşdıran yazılaı ilə bağlı olduğunu deyir.

JMK bildirir ki, Azərbaycan Avropa və Mərkəzi Asiyada jurnalistləri ən çox həbsə atan ölkədir. Azı 8 jurnalist həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG