Accessibility links

Azərbaycan “Azadlıq indeksi”nin dibindədir


Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb
Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada mətbuat azadlığı səviyyəsinin illik indeksini açıqlayıb.

“Bu il Azərbaycan KİV və jurnalistlərə qarşı ən ağır repressiyalar yaşayıb və söz azadlığını ən çox pozan 20 ölkə arasında yer alıb. Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub”, deyə hesabatda bildirilir.

“Mətbuata, reklam bazarına birtərəfli nəzarət, müstəqil KİV-lərin məhv olması və ya bağlanması, tənqidçilərə qarşı həddindən artıq böyük məhkəmə cərimələri və ya redaksiyaların polis tərəfindən özbaşına bağlanması.

Avropada ən çox sayda həbs edilmiş jurnalist və bloger – Azərbaycanın göstəriciləri budur”, deyə hesabatda qeyd edilir.

Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub
Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub

Azərbaycan siyahıda Ruanda, Səudiyyə Ərəbistanı, Özbəkistan, Türkmənistan, Kuba, Şimali Koreya və ən çox azadlıqları pozan ölkə - Eritreya ilə qonşudur.

İraq, Pakistan və Liviya, Efiopiya, Əfqanıstan və Kamboca kimi ölkələr Azərbaycandan öndə gedir.

Azərbaycanın region qonşuları – Ermənistan və Gürcüstan müvafiq olaraq 78 və 69-cu yerləri tutublar.

Ən azad ölkələrin ilk onluğu belədir: Finlandiya, Danimarka, Niderland, İsveç, Yeni Zelandiya, Avstriya, Kanada, Yamayka və Estoniya.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG