Accessibility links

Rauf Mirqədirovun həbs müddətini daha 2 ay uzatmaq istəyirlər


Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb
Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

Bu gün Nəsimi rayon məhkəməsində istintaqın jurnalist Rauf Mirqədirovun həbs müddətinin iki ay - noyabrın 19-na qədər uzadılması barədə təqdimatına baxılması təxirə salınıb.

Buna səbəb müdaifə tərəfin artıq jurnalistin həbs müddətini uzadan hakim Şəlalə Həsənovaya etiraz verməsi olub. Bununla əlaqədar olaraq, iclas sentyabrın 4-nə qədər təxirə salınıb.

Bu barədə Amerikanın Səsinə vəkil Elmar Süleymanov bildirib.

Müdafiə tərəfi həbsin uzadılmasını nə ilə əsaslandırıldığını bilmir, belə ki, Mirqədirovun təqsirinin heç bir sübutu yoxdur.

Avqustun 25-də həbsxana xəstəxanasına keçirilmiş Mirqədirov artıq MTN İstintaq Təcridxanasına qaytarılıb.

* Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, bu ittihamları qətiyyətlə rədd edir. Həbsin əsl səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.

Maraqlıdır ki, L.Yunus və həyat yoldaşı Arif Yunus barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG