Accessibility links

Rahim Hacıyev: Güman edirəm ki, Azərbaycan ictimaiyyəti Azadlıq qəzetinə dəstək verəcək [Video]


Rahim Hacıyev: Güman edirəm ki, Azərbaycan ictimaiyyəti “Azadlıq” qəzetinə dəstək verəcək
please wait

No media source currently available

0:00 0:04:58 0:00

អវកាសយានិក​លោក Randy Bresnik បាន​ថតរូប​ព្យុះត្រូពិក​ Harvey ពី​ស្ថានិយ​អាកាស​អន្តរជាតិ​កាលពី​ថ្ងៃទី​២៨ សីហា ២០១៧។

Azadlıq qəzetinin baş redaktorunun birinci müavininin Amerikanın Səsinə müsahibəsi

Azadlıq qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində qəzetin ağır maliyyə durumu, bunu doğuran səbəblərdən danışıb və vətəndaşları qəzetə kömək durmağa çağırıb.

Amerikanın Səsi: Azadlıq qəzetinin bağlanması təhlükəsi ilə üzləşdiyini bəyan etmisiniz, səbəb nədir?

Rahim Hacıyev: Artıq uzun illərdir ki , Azadlıq qəzeti bu təhlükə ilə qarşılaşır. Bunun da başlıca səbəbi Azərbaycan hakimiyyətinin Azadlıq qəzetini boğmaq, susdurmaq, sıradan çıxarmaq cəhdi ilə bağlıdır.

Artıq çox uzun illərdir ki, biz bu qədər ağır, çətin, mürəkkəb vəziyyətdə yaşayırıq, daim repressiyalar, əməkdaşlarımızın həbsi, əməkdaşlarımıza qarşı qanuna zidd hərəkətlərin edilməsi, qəzetə qarşı məhkəmə cərimələri.

Qəzetin ağır vəziyyətə düşməsinin başlıca səbəblərindən biri, qəzetin yayım imkanlarının hədsiz dərəcədə məhdudlaşıdırılmasıdır.

Bilirsiniz ki, 2013-cü ilin oktyabr ayında artıq metroda qəzet satışı qadağan edildi. Bilavasitə sırf qəzet satışı hesabına maliyyələşən qəzet üçün bu çox ağır zərbə oldu. Eyni zamanda, əlyayımı da faktiki olaraq sıradan çıxarılıb.

Yəni yayım arealı hədsiz dərəcədə məhdudlaşdırılıb, əslində Azadlıq qəzeti belə bir duruma düşüb.

Onu da qeyd etmək istəyirəm ki, bir neçə il ərzində biz KİV-ə Dövlət Dəstəyi Fondu ilə əməkdaşlıq etdik. Azərbaycan hakimiyyəti bütün dünyada bunu mətbuata dəstək kimi qiymətləndirir. Amma onların əsəbləri düzmədi, 2013-cü ilin noyabr ayından Azadlıq qəzeti ilə əlaqələri kəsdi. Bu da bizə çox ciddi zərbə oldu.

Amerikanın Səsi: Azərbaycan nəşriyyatı sizi xəbərdar edib ki, sentyabrın 20-dək borcunuzu ödəməsəniz nəşrinizi dayandıracaq. Nə edəcəksiniz?

Rahim Hacıyev: Bilirsiniz ki, Qasid firmasının Azadlıq qəzetinə 69 min manat məbləğində borcu var. Biz bu borcu ala bilmədik. Çox təəssüf ki, apardığımız mübarizənin heç bir müsbət nəticəsi olmadı.

Bunlar qəzetin maliyyə vəziyyətinin hədsiz ağırlaşması ilə nəticələndi. 20 mindən artıq borcumuz yaranıb nəşriyyata. Onlar borcun ödənilməsini tələb edirlər. Açığı çox ağır vəziyyət yaranıb.

Mənim üçün çox çətindir həll yolunu tapmaq, göstərmək. Çünki qəzet üçün, redaksiya üçün bu gün birinci məsələ kağız puludur, çap xərci, kommunal xərcidir. Yalnız 4-cü yerdə bu gün bizdə maaşlar durur. Maaşlar çox cüzi hissəni təşkil edir. Xüsusilə son 1 il ərzində Azadlıq qəzetinin çıxması qəzetin kollektivinin hədsiz fədakarlığı və qəhrəmanlığı hesabına olub.

Biz maksimal səylər göstəririk ki, vəziyyətdən çıxa bilək. Çox çətindir demək, konkret hansı addımların hesabına bu olacaq, imkanlar hədsiz dərəcədə məhduddur. Mən yaratdığınız imkandan istifadə edərək oxucularımıza üz tutub demək istəyirəm ki, Azadlıq qəzetinin ciddi abunə kampaniyası aparılması ola bilər ki, bu da qəzeti xilas etməyə xeyli mənada kömək edə bilər.

Amerikanın Səsi: Qəzetin rəhbəri kimi Azərbaycan ictimaiyyətinə, hökumətə, beynəlxalq ictimaiyyətə sözünüz varmı?

Rahim Hacıyev: İlk növbədə Azərbaycan ictimaiyyətinə müraciət etməyi lazım bilirəm. Azadlıq qəzeti həqiqətən də söz azadlığı uğrunda mübarizənin böyük tarixini yaratmış bir qəzetdir və bu gün də qəzet oxucuya xidmət etmək kursuna sədaqətini davam etdirir. Bu gün də Azadlıq qəzeti və onun kollektivi hesab edir ki, həqiqətə xidmət etmək başlıca vəzifədir. Başlıca işdir ki, nəyin bahasına olursa-olsun bu iş davam etdirilməlidir.

Hesab edirəm ki, bizim müəyyən haqqımız var ictimaiyyətin dəstəyinə, dəstəyini ummağa, ümid etməyə. Güman edirəm ki, dəfələrlə olduğu kimi Azərbaycan ictimaiyyəti, istər abunə yolu ilə, istər başqa yollarla Azadlıq qəzetinə dəstək verəcək ki, Azərbaycan ictimai-siyasi həyatının böyük fenomeninə çevrilmiş bir qəzet fəaliyyətini davam etdirsin.

XS
SM
MD
LG