Accessibility links

"Jurnalist ölümlərinə son!" şüari ilə piket keçirilib [Video]


Jurnalistlər piket keçirib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Jurnalistlər piket keçirib

Jurnalistlər Rasim Əliyevi müayinə edən həkimlərin cəzalandırılmasını tələb edib

Yanvarın 12-də bir qrup jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə iclası keçirilən zalın pəncərələri önündə piket keçirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun üzvü və ann.az agentliyinin müxbiri Rasim Əliyev 2015-cü il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, bundan sonra Bakı Şəhər Kliniki Mərkəzində vəfat edib. Hadisəyə Əliyevin “Qəbələ” FK-nin futbolçusu Cavid Hüseynov haqqında tənqidi statusu səbəb olub. Jurnalistin ölümü faktı üzrə cinayət işi ilə əlaqədar Hüseynov da daxil olmaqla, altı nəfər cinayət məsuliyyətinə cəlb edilib. Lakin ibtidai istintaqın sonunda Hüseynov barəsində iş ayrıca icraata götürülüb.

Onlar Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır ziyan vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur. Futbolçu Cavid Hüseynov isə CM-nin 307.1-ci (hazırlanan cinayət haqqında məlumat verməmə) və 307.2-ci (cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Amerikanın Səsinin müxbirinin məhkəmənin qarşısından verdiyi məlumata görə, jurnalistlər Rasim Əliyevin portretlərini qaldırıb, “Həkimlər məsuliyyətə cəlb edilsin!”, “Jurnalist ölümünə son!” şüarları səsləndirib.

Jurnalistlər piket keçirib
Jurnalistlər piket keçirib

Piket iştirakçıları Rasim Əliyevi müayinə və müalicə etmiş həkimlərin də məhkəmə istintaqına cəlb edilməsini tələb edib.

Polis piketə müxdaxilə edərək jurnalistlərin əllərində olan portretləri alıb. Saxlanılan yoxdur.

Hazırda jurnalist Rasim Əliyevin ölümündə iştirakda təqsirli bilinən beş nəfər məhkəmə qarşısına çıxarılıb.

Bu günki məhkəmə iclasına jurnalistlərin əksəriyyəti buraxılmayıb.

Vəkil Əsabəli Mustafayev bildirib ki, məhkəmə iclasında ittiham aktı elan olunub və məhkəmə istintaqı başlanıb.

"Təqsirləndirilən şəxslərdən ikisi özünü qismən təqsirili bildiyini dedi", o qeyd edib.

Vəkil müdafiə tərəfinin işin ibtidai istintaqa qaytarılması və həkimlərin məsuliyyətə əclb edilməsi barədə vəsatətinin təmin edilmədiyini bildirib.

Növbəti məhkəmə iclası yanvarın 14-ü saat 10.30-da olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG