Accessibility links

Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə qalmaqal yaranıb


ទាហាន​ស្វ៊ីស​ដែល​ទើប​តែ​រើស​ឈរ​ដោយ​យក​ចិត្ត​ទុក​ដាក់​នៅ​ក្នុង​ពិធី​ស្បថ​ចូល​កាន់​តួនាទី​នៅ​បុរី​វ៉ាទីកង់។
ទាហាន​ស្វ៊ីស​ដែល​ទើប​តែ​រើស​ឈរ​ដោយ​យក​ចិត្ត​ទុក​ដាក់​នៅ​ក្នុង​ពិធី​ស្បថ​ចូល​កាន់​តួនាទី​នៅ​បុរី​វ៉ាទីកង់។

Jurnalistin anası məhkəmədən təqsirləndirlən şəxslərə ömürülük həbs verilməsini xahiş edib

Martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə iclası olub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi Fariz Namazlı, Rasim Əliyevin anası Teyfurə Əliyeva, təqsirləndirilən E.İsmayılovun vəkili Səfər Hüseynov, C.Məmmədovun vəkili Şəmsəddin Quliyev çıxış edib.

T.Əliyeva məhkəmə heyətindən təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verilməsini xahiş edib.

Prosesdən öncə tərəflər arasında mübahisə düşüb. Belə ki, səhər məhkəmədə iki saatlıq fasilə elan edilib. Bu zaman təqsirləndirilən K.Mədətovun anası ilə R.Əliyevin sevgilisi arasında qalmaqal yaranıb. Əliyevin bacısı da təqsirləndirilən şəxslərin qohumları ilə mübahisə edib.

Xatırladaq ki, dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.

C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Növbəti proses martın 3-nə təyin edilib.

XS
SM
MD
LG