Accessibility links

Jurnalistin ölümündə təqsirləndirilənlər məhkəmədən vaxt istəyib


Rasim Əliyev
Rasim Əliyev

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trendin məlumatına görə prosesdə təqsirləndirilən şəxslərin vəkilləri replika hüququndan istifadə edərək çıxış ediblər. Onlar çıxışlarında bir daha vurğulayıblar ki, Rasim Əliyevin ölümü birbaşa həkim səhlənkarlığından olub.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib.

Daha sonra məhkəmə təqsirləndirilən şəxslərə son söz verib. Onlar çıxış üçün vaxt istəyiblər.

Məhkəmə prosesi martın 17-də davam etdiriləcək.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.

Zərərçəkmişlər isə məhkəmədən təqsirləndirilən şəxslərə ağır cəza istəyib. Zərərçəkmişlərin nümayəndəsi Fariz Namazlı həmçinin deyib ki, həkimlərin istintaqa cəlb edilməsi ilə bağlı təqsirləndirilən şəxslərin vəkillərinin mövqeyi Rasim Əliyevin ailəsinin mövqeyi üst-üstə düşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG