Accessibility links

“İfadə azadlığı və şəxsi həyata hörmət ” mövzusunda təlim keçirilib


Avropa Şurası
Avropa Şurası

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu maddəsinin (Fikri ifadə etmək azadlığı) tələblərinə əməl edilməlidir. Bu iki hüquq arasında ədalət anının gözlənilməsi vacibdir.

Bu tezislər martın 30-da Bakıda Holiday İnn hotelində Avropa Şurası və Avropa İttifaqının “Azərbaycanda İfadə Azadlığı və Media Azadlığı” layihəsi çərçivəsində “İfadə azadlığı və şəxsi həyata hörmət ” mövzusunda keçirilən təlimin əsas leytmotivi olub.

Təlimdə Avropa Şurası, Avropa İttifaqının Bakı ofislərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər, jurnalistlər iştirak edib.

“Jurnalistin şəxsi həyatına çağırış və qorxu olmadan məlumat yaya bilməsi qızıl eradan xəbər verir. Jurnalist cəmiyyətin məlumat almaq hüququnun təminatçısıdır. Eyni zamanda, jurnalist insan hüquqlarının müdafiəçisidir. Məhz bu baxımdan Avropa İnsan Hüquqları Konvensiyasının 8 və 10-cu maddələrinə əməl edilməsi əhəmiyyət kəsb edir”, Avropa Şurasının eksperti David Goldberg qeyd edib.

Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli deyib ki, bu quruma il ərzində mediadan 700-dək şikayət daxil olur.

“Şikayətlərin 5 faizi konvensiyanın 8-ci maddəsi (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) ilə, 30-35 faizi işgüzar nüfuzla bağlı olur. Amma işgüzar nüfuzla bağlı şikayətlərdən aydın olur ki, insanların həm də şəxsi həyatı ilə bağlı hüquqları pozulub. Sadəcə insanlar şəxsi və ailə həyatı ilə bağlı hüquqları fərqləndirə bilmir. Bu səbədən maarifləndirilməyə ehtiyac duyulur”, o qeyd edib.

Avropa Şurasının eksperti Azərbyacanda insan hüquqları, xüsusilə media hüquqları sahəsində çətinliklərdən xəbərdar olduğunu deyib.

Avropa Şurası
Avropa Şurası

“Bilirəm ki, siz jurnalistlər çox çətin şərtaitdə fəaliyyət göstərirsiniz. Siz qəhrəmanlarsınız. İctimaiyyətin məlumat almaq hüququnu təmin edirsiniz. Azərbaycanda Novruz bayramı ərəfəsində bir neçə jurnalist azadlığa buraxılıb. Ümid edirəm ki, bütün jurnalistlər həbsdən azadlığa buraxılacaq. Birincisi isə jurnalistlər həbs edilməməlidir”, David Goldberg deyib.

Ekspert diffamasiya ilə şəxsi həyata aid məlumatların fərqləndirilməsini vacib sayır.

“Diffamasiya düzgün olmayan məlumatdır. Amma şəxsi həyata aid məlumatlar düzgün olsa da yayılmamlıdır. Bu məlumatlar yayıla da bilər, ictimai əhəmiyyət kəsb edən bu cür məlumatların yayılması üçün xüsusi prinsiplər olmalıdır”, o qeyd edib.

Sonra jurnalistlər müxtəlif qruplara ayrılaraq verilmiş tapşırıq üzrə təlimlərə cəlb olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG