Accessibility links

Məhkəmə Xədicə İsmayılın xaricə getməsinə icazə verməyib [Video]


Məhkəmə Xədicə İsmayılın xaricə getməsinə icazə verməyib
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Xədicə İsmayıl: "Məhkəmə qərar qəbul elədi ki məni ölkədən buraxmaq olmaz"

Jurnalist məhkəmənin qərarından şikayət edəcək

İyulun 28-də Bakının Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə jurnalist Xədicə İsmayılın beynəlxalq tədbirdə iştirak etmək və anasını tibbi müayinədə müşayiət etmək üçün xaricə ölkəyə getməsinə icazə verilməsi məsələsinə baxılıb.

X.İsmayıl bildirib ki, iyulun 1-7-də Tbilisidə keçiriləcək beynəlxalq tədbirdə iştirakla bağlı ATƏT PA-nın hüququ məsələlər komitəsinin rəhbəri İzabella Santos və ATƏT-in media məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç tərəfindən dəvət alıb.

Bundan əlavə, jurnalist ürək şuntlanması əməliyyatı keçirmiş anasını Ankarada tibbi müayinəyə aparmaq istəyirdi.

X.İsmayıl şərti cəza rejiminə əməl edir və məhkəmə icra orqanlarında vaxtlı-vaxtında qeydiyyatdan keçir. Lakin məhkəmə icra orqanının nümayəndələri Cavid Məmmədyarov və prokuror Svetlana İslamova jurnalistin müraciətinin təmin edilməsinin əleyhinə olublar.

Belə ki, C.Məmmədyarov qeyd edib ki, X.İsmayıl barəsində hökmün icrasına yeni başlanılıb. Prokuror isə deyib ki, tibbi müayinəni Azərbaycanda da etmək olar.

X.İsmayıl istehza ilə bildirib ki, Azərbaycanda anasının ürək damarının yanlış əməliyyat oluna bilməsindən ehtiyat edir.

Beləliklə məhkəmə jurnalistin müraciətini təmin etməyib.

"Binəqədi Rayon Məhkəməsi hesab edir ki, məni ölkədən buraxmaq olmaz. Çünki ərim, uşağım, mülküm yoxdursa, məni ölkəyə bağlayan heç nə yoxdur, qayıtmaya bilərəm. İnsanların vətən anlayışı bu qədər bəsitdir, nə edəsən?" o, Amerikanın Səsinə bildirib.

Jurnalist məhkəmənin qərarından şikayət verəcəyini bildirib.

XS
SM
MD
LG