Accessibility links

Apellyasiya məhkəməsi Xədicə İsmayılı ölkədən buraxmadı


Xədicə İsmayıl
Xədicə İsmayıl

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, jurnalistin şikayət təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, jurnalistin şikayət təmin edilməyib.

Onun sözlərinə görə, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

İsmayıl şərti həbs cəzası müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsilməklə, sərbəst buraxılıb. Onun ölkədən çıxışına icazə verilmir.

Xədicə İsmayıl, iyulun əvvəllərində Kütləvi İnformasiya Vasitələrinin Tbilisidə keçirilən XIII Cənubu Qafqaz konfransına da "Skype" vasitəsilə qatılmışdı.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG