Accessibility links

Yazıçı-publisist Rafiq Tağının ölümündən 5 il keçir


Yazıçı-publisist Rafiq Tağının ölümündən 5 il keçir.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun boynuna, qarnına və çiyninə bir neçə bıçaq xəsarəti yetirib və qaçıb gizlənib. Publisist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və üç gün sonra - noyabrın 23-də dünyasını dəyişib.

Publisistin qətli və qətlin motivi indiyədək açılmayıb.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) yazıçı ilə bağlı bu gün bəyanat yayıb.

Bəyanatda bir daha Azərbaycan hökuməti ifadə azadlığını müdafiə etməyə çağrılır.

RATİ hökuməti jurnalistlərə qarşı zorakılıq hərəkətləri törədənləri, Rafiq Tağı və digər dörd jurnalistin ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməsinə çağırıb.

Peşəcə həkim olan Rafiq Tağı eksentrik nəşrləri ilə məşhur idi. 2006-cı il noyabrın 15-də o, "Sənət" qəzetində Qərbdə bir sıra nəşrlərdə Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunması ilə bağlı qalmaqala həsr olunmuş "Avropa və biz" essesini dərc edib.

2006-cı il noyabrın 19-da Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu məhkəmənin hökmü ilə Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılaraq (Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi - milli, irqi və dini ayrı-seçkilik) həbs edilib.

2007-ci il mayın 4-də Səbail rayon Məhkəməsi onu üç il, Samir Sədaqətoğlunu isə dörd il müddətinə azadlıqdan məhrum edib.

Həbsdən bir müddət əvvəl "Sənət" qəzetində Rafiq Tağının uydurma "Tapdağıstan ölkəsinin prezidenti haqqında" satirik-erotik hekayəsi dərc edilmişdi.

Bundan sonra, Azərbaycanda və İranda radikal dindarlar Rafiq Tağının ölümünü tələb edirdilər. Eyni zamanda, bir qrup Azərbaycan yazıçısı və ictimai xadimi, habelə beynəlxalq təşkilatlar Rafiq Tağının həbsdən azad edilməsi tələbi ilə çıxış edib.

2007-ci il dekabrın 28-də onlar Azərbaycan prezidentinin sərəncamı ilə əvf olunub.

Ölümündən iki həftə əvvəl - 2011-ci il noyabrın 10-da Rafiq Tağı dərc etdirdiyi yeni "İran və qloballaşmanın qaçılmazlığı" məqaləsində dini dövləti dini fanatizmi aşıladığına görə tənqidə məruz qoyub, bundan sonra yenə təhdidlərə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG