Accessibility links

Gəncə Apellyasiya Məhkəməsi jurnalistin şikayətinə baxılmasını təxirə salıb


Cavid Şirəliyev
Cavid Şirəliyev

Cavid Şirəliyevin işi üzrə proses yanvarın 9-da davam etdirləcək

Gəncə Apellyasiya Məhkəməsində 5 il azadlıqdan məhrum edilmiş www.7gun.az portalının redaktoru Cavid Şirəliyevin işi üzrə proses yenə təxirə salınıb. Məhkəmə iclası yanvarın 9-na təxirə salınıb.

Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da polis tərəfindən saxlanılıb və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov ilə əlbir olaraq, Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olduğu haqqında nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur.

Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarında C.Şirəliyev dekabrın 23-də “Qırmızı körpü” sərhəd keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.

Vəkil Zabil Qəhrəmanov Amerikanın Səsinə bildirib ki, birinci instansiya məhkəməsi C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr bir nəfərin bəyanatı üzərində qurulub.

XS
SM
MD
LG