Accessibility links

AXCP fəallarının həbs müddəti daha iki ay uzadılıb


Vəkil qərarla razılaşmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib

Yanvarın 6-da Nəsimi Rayon Məhkəməsi AXCP fəalı Fuad Əhmədlinin və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbs müddətini daha iki ay uzadıb. Bu barədə Amerikanın Səsinə vəkil Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, həbs müddəti prokurorluğun təqdimatı əsasında uzadılıb. Vəkil bunu əsassız adlandırıb.

“Prokurorluq həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin aparılmasının vacibliyi ilə izah edib. Görünür, həbsdən sonra sübut toplayırlar”, Ə.Mustafayev qeyd edib.

Vəkil deyib ki, onların həbsdə saxlanmasına əsas olacaq real sübutlar yoxdur.

Fuad Əhmədli
Fuad Əhmədli

“Fuad Əhmədlinin isitntaqın gedişinə təsir göstərmək və ya gizlənmək imkanları yoxdur. Niyə onu həbsdə saxlayırlar?”, vəkil deyib.

O bildirib ki, F.Əhmədlinin həbsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.

Xatırladaq ki, F.Əhmədli və F.Əmirov 2016-cı ilin avqustunda türkiyəli din xadimi Fətullah Gülənlə əlaqələrdə ittiham olunaraq həbs ediliblər.

F.Əhmədli işlədiyi “Azərfon” şirkətində abonentlərin şəxsi məlumatlarını yaymaqda ittiham olunur.

F.Əmirov Gülənin Azərbaycandakı nümayəndəsi kimi dini ədavətin qızışdırılmasında ittiham olunur.

Hər iki fəal ittihamı qəbul etrmir və sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG