Accessibility links

Azadlıq qəzetinin iki əməkdaşı prokurorluqda dindirilib


Azadlıq qəzeti

Fevralın 22-də “Azadlıq” qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu və əmakdaşı Təzəxan Mirələmli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ayrı-ayrılıqda dindirilib. Bu barədə Amerikanın Səsinə Təzəxan Mirələmli bildirib.

Onun sözlərinəı görə, azadliq.info saytının fəaliyyəti və maliyyə məsələləri ilə bağlı suallar verilib.

Fevralın 21-də qəzetin redaktoru Rövşən Hacıbəyli, fevralın 18 və 20-də daha 6 əməkdaş, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Qəzetin əməkdaşları bundan əvvəl də dindiriliblər.

“Azadlığ”ın əməkdaşları qəzetin maliyyə direktoru Faiq Əmirliyə qarşı qaldırılan cinayət işinin müxtəlif epizodları üzrə dindirilir.

F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.

O bu ittihamları rədd edir, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir. Əmirli həbs edildikdən sonra qəzetin çapı dayanıb. Belə ki, qəzetin bank hesabında maliyyə direktorunun imzası təsdiq olunub, bank digər imzanı qəbul etmir.

Faiq Əmirliyə qarşı vergi ittihamı irəli sürülməsə də istintaq orqanının təklifi ilə “Azadlıq” qəzetinin 2010-2016-cı illər fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilib. Qəzet qanunvericiliyi əsas tutaraq səyyar vergi yoxlamasının fəaliyyətin yalnız son üç ilini əhatə edə bilməsi ilə bağlı məhkəməyə şikayət edib. Məhkəmə qəzetin şikayətini təmin etməyib.

XS
SM
MD
LG