Accessibility links

Dunya Miyatoviç və DTİHB rəhbəri Mehman Hüseynovun azadlığa buraxılmasını tələb edib


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Georg Link Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, bloger Mehman Hüseynovun barəsində hökmü pisləyib və rəsmi Bakını onu dərhal azadlığa buraxmağa çağırıb.

“Mən hakimiyyəti Mehman Hüseynovu azadlığa buraxmağa çağırıram. Ümid edirəm ki, Apellyasiya Məhkəməsində bu qərara yenidən baxılacaq”, Miyatoviç bildirib.

D.Miyatoviç diffamasiyanın kriminallaşdırılması və uzunmüddətli beynəlxalq öhdəliklərini yerinə yetirməsilə bağlı Azərbaycan hakimiyyətinə əvvəlki çağırışlarını xatırladıb.

Öz növbəsində, DTİHB-nin rəhbəri Georq Link qeyd edib ki, qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayət dərhal araşdırılmalıdır. Bu mənada M.Hüseynovun işi üzrə məhkəmə qərarı narahatlıq doğurur.

Martın 3-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, bloger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilb. İddiaya blogerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub.

Blogerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG