Accessibility links

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi Mehman Hüseynovun azadlığa buraxılmasına çağırıb


Mehman Hüseynov
Mehman Hüseynov

Blogerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi azərbaycanlı bloger Mehman Hüseynovun barəsində hökmü və Nəsimi polisində ona işgəncə verilməsini pisləyən bəyanat yayıb.

ABŞ nümayəndəliyinin ATƏT Daimi Şurasına müraciətində deyilir ki, Azərbaycan hakimiyyəti M.Hüseynovu və digər fəalları azadlığa buraxmalı, repressiyalara, vətəndaş fəallarının azadlıqlarının boğulmasına son qoymalı, həmçinin M.Hüseynovun hüquqlarının pozulmasında günahkar olanları cəzalandırmalıdır.

Mehman Hüseynov
Mehman Hüseynov

Martın 3-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, bloger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilb. İddiaya blogerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub.

Blogerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG