Accessibility links

Siyasi fəal Mehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq [Video]


Ictimai fəallar Qələndərovun ölümünü siyasi qətl hesab edirlər
please wait

No media source currently available

0:00 0:03:25 0:00

İctimai fəallar Qələndərovun ölümünü siyasi qətl hesab edir

Mayın 1-də Siyasi Məhbusların Müdafiə Mərkəzi 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəraitdə dünyasını dəyişmiş bloger və ictimai fəal Mehman Qələndərovun ölümü ilə bağlı toplantı keçirib.

Toplantıda siyasi məhbus ailələri, ictimai və siyasi xadimlər iştirak edib. Bir çox ictimai və siyasi xadimlər isə sosial şəbəkələr vasitəsi ilə tədbirə qoşulub.

Çıxışların əsas motivi “siyasi məhbus” kimi tanınan Mehman Qələndərovun həbsinin siyasi tərəfləri, onun həbsxanada müəmmalı ölümü, ölüm faktının gizlədilməsi, blogerin cəsədinin gizlincə dəfn edilməsi və hökumətin siyasi mühitə qarşı münasibəti olub.

“Mehman Qələndərovun intihar etdiyi bildilir. Amma onun ölümünün gizlədilməsi, cəsədinin ailəsinə verilməməsi, gizlin dəfn edilməsi blogerin işgəncələrə məruz qalmasından xəbər verir”, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev bildirib.

Çıxış edən keçmiş siyasi və vicdan məhbusları təcridxana şəraitində insanın özünü asaraq intihar etməsi üçün hər hansı şəraitin olmadığını bildirib.

Telefonla tədbirə qoşulan Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədrinin müavini Gözəl Bayramlı Mehman Qələndərovu “demokratiya şəhidi” adlandırıb.

Onların sözlərinə görə, blogerin həbsxanada müəmmalı şəraitdə ölümü ölkədə siyasi məhbuslara yeni münasibətin başlanmasının göstəricisidir.

Milli Şuranın sədri hökumətin siyasi məhbuslara qarşı təqiblərinin dayandırılması üçün Mehman Qələndərovun ölümünün obyektiv araşdırlmasını vacib sayır.

“Sülh və Demokratiya” İnstitutunun direktoru Leyla Yunus sosial şəbəkə vasitəsi ilə toplantıya qoşulub və “bu siyasi qətllə” bağlı Avropa Parlamentinə, BMT-nin İşgəncələr üzrə Komitəsinə və digər beynəlxalq təşkilatlara məlumat göndərdiyini bildirib.

Çıxışlar zamanı Mehman Qələndərovun "Demokratiya şəhidi" elan edilməsi, onun ölümünü araşdıran müstəqil təhqiqat komissiyasının yaradılması, istintaqın obyektiv aparılması üçün Respublika baş prokuroruna müraciət edilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Bundan əlavə təklif edilib ki, Mehman Qələndərovun qəbri ekskumasiya edilərək cəsədi ekpertiza edilsin və blogerin qətlində günahkarlar cəzalandırılsın, blogerin ölüm işinin araşdırılması üçün beynəlxalq ekspertizaya müraciət edilsin və Azərbaycandakı siyasi qətllərlə bağlı hesabat hazırlansın.

Mehman Qələndərovun yas mərasiminin keçirilməsi üçün Təzə Pir məscidinə müraciət ediləcək.

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidməti Mehman Qələndərovun intihar fakrı üzrə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığı barədə açıqlama verib.

Məlumatda deyilir ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Bununla yanaşı mətbuat xidməti, fakt üzrə şübhəli şəxslərin və ya saxlananların olub-olmaması barədə məlumat verməyib.

2017-ci il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

XS
SM
MD
LG