Accessibility links

Məhkəmə bir sıra müstəqil saytların bloklanması barədə qərar qəbul edib [Video]


Məhkəmə bir sıra müstəqil saytların bloklanması barədə qərar qəbul edib
please wait

No media source currently available

0:00 0:04:05 0:00

Məhkəmə bir sıra müstəqil saytların bloklanması barədə qərar qəbul edib

Bunlar azadliq.org, azadliq.info, “azerbaycansaati.com”, Turan TV və Meydan TV saytlarıdır

Mayın 12-də Bakının Səbael rayon Məhkəməsi hakim Nurəddin Bağırovun sədrliyi ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra saytlara girişə blok qoyulması tələbini təmin edib. Bununla yanaşı, məhkəmə nazirliyin bloklanmanın saytlar başqa adlar altında fəaliyyət göstərsə, ona da tətbiq edilməsi barədə tələbini təmin etməyib.

Məhkəmədə çoxsaylı jurnalistlər, ictimaiyyətin nümayəndələri, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Niderland səfirliklərinin və Avropa İttifaqının nümayəndələri iştirak edib.

Media qurumlarının hüquqlarını vəkillər Adil İsmayılov, Elçin Sadıqov, Cavad Cavadov, Səməd Rəhimli (azadliq.info saytının nümayəndəsi) və Zibeydə Sadıqova müdafiə edib.

Baş Prokurorluq hansı yazılarda zorakılığın təşviqi, dövlətin qanunla qorunan maraqlarına zidd məqamların olması, kütləvi iğtişaşlara, dini radikalizmə, eksremizmə çağırışların olmasını göstərməlidir. Bu hallar göstərilməyib.

Nazirlik iddia ərizəsində məhkəmədən “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan (Turan TV), Meydan TV-telekanalına girişin məhdudlaşdırılması haqqında qərar qəbul etməyi xahiş edib.

İddiada konstitusiyalı quruluşun devrilməsinə, iğtişaşlara, zorakılığa, ictimai asayişin pozulmasına, ədavətə, dini ekstremizmə yönəlmiş çağırışlar olduğu halda saytları bağlamağa imkan verən qanun normalarına istinad edilib.

Bugünki məhkəmə iclası çox sürətlə davam etdirilib. Hətta, Azadlıq radiosunun hüquqlarını müdafiə edən vəkil Adil İsmayılov məhkəmədən çıxış üçün vaxt istəsə də hakim buna imkan verməyib. “Çıxışınızı yazarsınız işə əlavə edərik”, deyən hakim dərhal müşavirə otağına gedib.

“Azadliq.info” saytının nümayəndəsi Səməd Rəhimli bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər hansı araşdırma aparmadan Baş Prokurorluğun məktubu əsasında saytlara girişə blok qoyub.

“Qanunvericiliyə görə, ilk öncə blok qoyulmamışdan əvvəl araşdırma aparılmalı, çağırış olan yazılarla bağlı saytlarla xəbərdarlıq edilməli və həmin yazılar saytdan çıxarılmadığı halda materialın dərc edildiyi səhifəyə blok qoyula bilərdi. Amma, nazirlik saytlara girişə blok qoyduqdan sonra da onları xəbərdar etməyib”, o qeyd edib.

Nümayəndənin sözlərinə görə, adları sadalanan bir sıra məqalələr Baş Prokurorluğun məktubu Rabitə Nazirliyinə daxil olandan sonra dərc edilib.

“Baş Prokurorluq hansı yazılarda zorakılığın təşviqi, dövlətin qanunla qorunan maraqlarına zidd məqamların olması, kütləvi iğtişaşlara, dini radikalizmə, eksremizmə çağırışların olmasını göstərməlidir. Bu hallar göstərilməyib. Nazirlik isə hər hansı araşdırma aparmadan, əsaslandırmada nprokurorluğun məktubu əsasında saytlara blok qoyub”, Rəhimli hakimin diqqətinə çatdırıb.

Onun fikrincə, prokurorluğun sadaladığı yazıları üç qrupa bölmək olar.

"Yazıların bir qismi Milli Şuranın sədri Cəmil Həsənlinin aprelin 8-də keçiriləcək mitinqlə bağlı dedikləridir. Bu mitinq icazəli olub və hər hansı zorakılıq, ictimai qaydanın pozulması, radikalizmə çağırış qeydə alınmayıb. İkinci qrup yazılar beyjnəlxalq ictimaiyyətin Azərbaycanda insan hüquqlarının pozulmasına münasibətidir. Bu bəyanatlar həmin beynəlxalq təşkilatların və yerli saytlarda indi də qalır və bloklanmayıb. Üçüncü qism yazılar xaricdə yaşayan azərbaycanlıların tənqidi münasibətləridir. Bu məqalələrin hamısı yalnız ictimai debatlara yol açır və saytların bloklanması üçün hər hansı əsas yaratmır”, Rəhimli deyib.

AzadlıqRadiosunun Bakı Bürosu 2014-cü il 26 dekabrda qapadılmışdı.
AzadlıqRadiosunun Bakı Bürosu 2014-cü il 26 dekabrda qapadılmışdı.

Vəkillər hesab edir ki, məhkəmənin qərarı əsaslandırılmayıb, Avropa İnsan Haqları Konvensiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və Avropa Şurası Nazirlər Komitərinin 2106-cı ilin yanvarında qəbul etdiyi “Saytların bloklanması qaydaları”na ziddir.

“Prokurorluğun sadaladığı yazılar əksinə dini radikalizmə, ekstremizmə, dövlətin qanunla qorunun maraqlarının qorunmasına yönəlib və bu istiqamətdə ictimai debatlara əsas yaradır”, Səməd Rəhimli qeyd edib.

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli məhkəmənin qərarına baxmayaraq saytların fəaliyyətlərinin davam etdiriləcəyinə ümid edir. Onun fikrincə, sözün qarşısını məhkəmə qərarı ilə almaq mümkün deyil.

“Azadlıq” qəzetinin veteran müxbiri Xaliq Bahadır jurnalistlərlə söhbətində saytların bloklanmasının seçkilərə hesdablandığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG