Accessibility links

Baş Prokurorluq: Əfqan Muxtarlı sərhədi qanunsuz keçib


Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Əfqan Muxtarlının həyat yoldaşı, vəkilləri jurnalistin Tbilisi şəhərində saxlanıldığını bildirib. Jurnalist özü də mayın 29-da Tbilisi şəhərində olub və oradan Facebook səhifəsinə fotolar yerləşdirib, status yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG