Accessibility links

Georgi Mqebrişvili: Gürcüstan Muxtarlının oğurlanmasının hal və şərtlərinin müəyyən edilməsində maraqlıdır


Georgi Mqebrişvili
Georgi Mqebrişvili

Azərbaycan heç vaxt Gürcüstanda yaşayan milliyyətcə azərbaycanlı olan və rəsmi Bakının siyasi baxışlarına ortaq olmayan insanların onlara təhvil verilməsi xahişi ilə Gürcüstanlı həmkarlarına müraciət etməyib. Bu barədə Tbilisidə keçirilən brifinqdə Gürcüstanın daxili işlər naziri GeorgiMqebrişvili bildirib.

"Öz növbəsində, Gürcüstan Muxtarlının oğurlanmasının hal və şərtlərinin müəyyən edilməsində maraqlıdır", nazir əlavə edib ki, Azərbaycan tərəfi Muxtarlının sərhəddə saxlanıldığını bildirib.

Daha sonra o, bir daha bildirib ki, sərhəddə buraxılış məntəqələrindən başqa "yaşıl xətlər" var. "Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək çətindir, amma belə bir imkan var", nazir Gürcüstan sərhədçilərinin Muxtarlını necə buraxa bildiyi haqqında suala cavabda belə deyib.

"KİV-də Əfqan Muxtarlının əvvəlcədən sərhədi nəzarətdən yayınaraq keçməyin sxemini hazırladığı və onun müntəzəm olaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə bəyan edilməyən xarici valyuta keçirdiyi haqqında məlumatlar yayılıb. Bu mərhələdə biz qeyd edilən halları nə təsdiq, nə də təkzib edəcəyik", deyən nazir bu "dəyərli" məlumatı harada oxuduğunu dəqiqləşdirməyib.

Nazir Muxtarlının yoxa çıxdığı yerdə müşahidə videokameralarından alınan materialların nə göstərdiyi haqqında suala cavabdan yayınıb.

"Biz bütün istintaq tədbirləri haqqında sizə danışa bilmərik, istintaqın yekunlaşmasını gözləmək lazımdır", Mqebrişvili bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG