Accessibility links

Ailəsinin jurnalistlə görüşünə icazə verilmir


د کابل ښار د یو جومات بهر د اختر د لمانځه صفونه
د کابل ښار د یو جومات بهر د اختر د لمانځه صفونه

Qazax rayon polisi (Bakıdan 500 kilometr qərb) həbs edilmiş jurnalist Nicat Əmiraslanovun ailəsi ilə görüşünə icazə verməyib. Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, jurnalistlə görüşə gələn ailəsinə Qazax Rayon Polis Şöbəsində hər hansı izah verilmədən görüşdən imtina edilib.

Xatırladaq ki, jurnalist N.Əmiraslanov Qazaxda fəaliyyət göstərir. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaq adı ilə barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

İynun 3-də Gəncə Apellyasiya Məhkəməsində N.Əmiraslanovun həbsindən şikayətə baxılmalı imiş. Vəkil E.Sadıqovun dediyinə görə, zala daxil olduqda hakimin köməkçisi N.Əmiraslanova apellyasiya şikayətini geri götürməsi barədə yazı yazdırırdı. N.Əmiraslanovun ağzında bir dişi belə yox imiş. Vəkil bunun səbəbini soruşduqda “qopub düşüb” cavabını verib və beləliklə jurnalist apellyasiya şikayətindən imtina etməyə vadar olunub.

Qazax rayon Polis Şöbəsi baş verənlərə hər hansı açıqlama verilməyib.

Jurnalistin həbsinə səbəb kimi polisin qanuni əmrinə tabe olmamaq göstərilsə də, dostları və yaxınları bunun N.Əmiraslanovun sosial şəbəkədəki fəallığı ilə bağlı olduğunu deyirlər.

XS
SM
MD
LG