Accessibility links

Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə hazırlayır


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentinin xarici işlər komitəsinin rəhbəri Gürcüstan səfiri ilə jurnalistin oğurlanması məsələsini müzakirə edib

Avropa Parlamentində Azərbaycanı jurnalist Əfqan Muxtarlının işi üzrə qətnamə hazırlanır. Bu məsələ iyunun 9-da Gürcüstan səfiri Natali Sabanadzenin Avropa Parlamentinin xarici işlər komitəsinin rəhbəri ilə qapalı görüşündə müzakirə olunub.

"Səfirlə görüş məxfi idi. Biz Azərbaycanlı jurnalistin məsələsinə baxdıq. Siyasi qruplar bu mövzunu növbəti plenar iclasın gündəliyinə salmaq qərarına gəliblər. Hazırda qətnamənin mətni üzərində iş gedir.

Təkcə bizi deyil, bütün siyasi qrupları - sosial-demokratları, liberalları və yaşlıları əslində nə baş verdiyi maraqlandırır", komitə rəhbəri Devid Makkalister bildirib.

Muxtarlının işinə Avropa Parlamentinin deputatı Anna Qomeş də reaksiya verib, Gürcüstanın Təhlükəsizlik Xidmətinə sualları olduğunu bildirib.

"Avropa Parlamenti üçün bu, ciddi narahatlıqdır. Biz qətnamə hazırlamağa, debatlar keçirməyə başlamışıq. Məsələ Gürcüstanda oğurlanan jurnalist Əfqan Muxtarlı ilə bağlıdır və bunu Gürcüstan təhlükəsizlik xidmətinin nümayəndələrinin etdiyi ehtimal olunur", o bildirib.

Ən yaxşı çıxış yolu əslində nə baş verdiyini şəffaf şəkildə müəyyən etməkdir, Gürcüstan Azərbaycan hakimiyyətinin bu şəxsi qaytarmasını tələb etməlidir ki, onun təhlükəsizliyinə zəmanət verilsin və təbii ki, onu oğurlayanlar cəzalandırılmalıdırlar", Anna Qomeş qeyd edib.

XS
SM
MD
LG