Accessibility links

İki jurnalist istintaqa çağırılıb


Şahbələd Çobanoğlu
Şahbələd Çobanoğlu

Jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə hər iki jurnalist Facebook statusunda yazıb.

Jurnalistlər prokurorluğa hansı iş üzrə və kim qismində çağırıldıqlarını bilmir.

Sevinc Vaqifqızı (Foto Meydan TV-nin səhifəsindən götürülüb)
Sevinc Vaqifqızı (Foto Meydan TV-nin səhifəsindən götürülüb)

“Müstəntiq hansı iş üzrə çağrıldığımı demirdi. Dedim, yoxsa gəlmirəm, bildirdi ki, Əfqan Muxtarlinın işinə görədir”, Sevinc Vaqifqızı qeyd edib.

Jurnalist Ə.Muxtarlı mayın 29-da saxlanıb. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Jurnalistin üzərindən 10 min avro pul tapıldığı iddia olunur. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ancaq Əfqan Muxtarlı məhkəmədə bu iddiaları yalanlayıb. O deyib ki, Tbilisidə saxlanıb, tutulanda işgəncəyə məruz qalıb və sərhəddə cibinə zorla 10 min avro qoyulub.

Ə. Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG