Accessibility links

Jurnalist Şahvələd Çobanoğlu prokurorluqda dindirilib [Video]


Jurnalist Şahvələd Çobanoğlu prokurorluqda dindirilib
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Bu barədə onun özü jurnalistlərə bildirib

İyunun 14-ü jurnalist Şahvələd Çobanoğlunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadəsi alınıb.

Bu barədə onun özü jurnalistlərə bildirib.

Jurnalistin bildirdiyinə görə, onu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlının işi üzrə dindiriblər.

“Gözəl Bayramlının cinayət işi üzrə ifadəmi aldılar. Doğrudur, iltizam aldılar ki, ifadəmlə bağlı heç bir bilgi verməyim. Ancaq ifadəmdə, ümumiyyətlə sözügedən cinayət işində istintaq sirri sayıla biləcək bir şey olduğunu düşünmürəm. İnanıram ki, Gözəl Bayramlı heç bir qanunsuz addım atmayıb”, jurnalist bildirib.

Jurnalistin dediyinə görə, ona öz fəaliyyəti ilə bağlı çoxsaylı suallar olub. Suallar xarici səfərləri, yerli, xarici təşkilatlarla əlaqələri və Milli Şuradakı fəaliyyətini əhatə edib.

“Adi suallar idi, heç bir gizli fəaliyyətim olmadığına görə də sadə cavablar verdim”.

Ş.Çobanoğlu dindirməyə çağırılmasının ictimai və peşə fəaliyyəti ilə bağlı ola biləcəyini qeyd edib.

AXCP Ali Məclisinin sədri, 2015-ci ilin noyabrında vəfat etmiş Həsən Kərimovun həyat yoldaşı Almaz Rəhimova da iyunun 13-də Gözəl Bayramlının işi üzrə dindirilmişdi. Onlar ikisi Gürcüstandan gələrkən Gözəl Bayramlı saxlanmışdı. Hazırda jurnalist Sevinc Vaqifqızı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG