Accessibility links

Jurnalist prokurorluqda iki saat ifadə verib [Video]


Sevinc Vaqifqızı prokurorluqda iki saat ifadə verib
please wait

No media source currently available

0:00 0:00:49 0:00

Sevinc Vaqifqızı prokurorluqda iki saat ifadə verib

Sevinc Vaqifqızı Əfqan Muxtarlının işi üzrə şahid qismində dindirilib

İyunun 14-də jurnalist Sevinc Vaqifqızı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Əfqan Muxtarlıya qarşı qaldırılmış cinayət işi üzrə 2 saat şahid qismində dindirilib.

Jurnalistin vəkil Şəhla Hümbətova bildirib ki, zərurət yaranarsa Vaqifqızı yenidən istintaqa dəvət ediləcək.

“İşə aid suallara cavab verdi”, vəkil qeyd edib.

Jurnalist Ə.Muxtarlı mayın 29-da saxlanılıb. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Jurnalistin üzərindən 10 min avro pul tapıldığı iddia olunur. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ancaq, Əfqan Muxtarlı məhkəmədə bu iddiaları yalanlayıb. O deyib ki, Tbilisidə saxlanıb, tutulanda işgəncəyə məruz qalıb və sərhəddə cibinə zorla 10 min avro qoyulub.

Ə. Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

XS
SM
MD
LG