Accessibility links

ATƏT media azadlığı üzrə yeni nümayəndəsi Harlem Dezir olacaq


Harlem Dizer

Harlem Dezir Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi vəzifəsində işləyib.

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi Fransalı diplomat Harlem Dezir olacaq. O, bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək, bu barədə AFP məlumat yayır.

Dezirin namizədliyi ATƏT-in hazırki sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurts tərəfindən təsdiq edilib. İyulun 18-də Dezirin rəsmi təyinatı həyata keçiriləcək.

Avropa Jurnalistlər Federasiyası (EFJ) bu təyinatı və Dezirin "ATƏT prinsiplərində və öhdəliklərində təsbit edilmiş əsas azadlıqların, xüsusən fikri ifadə azadlığının və kütləvi informasiya vasitələri azadlığının həyata keçirilməsinə fəal şəkildə yardım edəcəyi" haqqında bəyanatını alqışlayıb.

"Son onillik ərzində jurnalistlər əvvəlki kimi sözlü və fiziki hədələrin və hücumların qurbanı olublar, onların bəziləri işgəncələrə məruz qalıb və çoxları peşə fəaliyyətinə görə təqiblərə məruz qalıb, bir neçə nəfət işini həyata keçirərkən həlak olub", deyə Dezir bildirib.

Bu təyinatdan əvvəl Dezir Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi vəzifəsində işləyirdi.

XS
SM
MD
LG