Accessibility links

Mehman Əliyev: Ya hakimiyyətlə iş birliyi yaratmalısan, ya da sıradan çıxmalısan [Video-müsahibə]


Mehman Əliyev: Ya hakimiyyətlə iş birliyi yaratmalısan, ya da sıradan çıxmalısan
please wait

No media source currently available

0:00 0:05:02 0:00

Mehman Əliyev: Ya hakimiyyətlə iş birliyi yaratmalısan, ya da sıradan çıxmalısan

Turan İnformasiya Agentliyinin direktoru Amerikanın Səsinə müsahibəsində agentliyə qarşı cinayət işindən danışıb

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Vergilər Nazirliyinin agentlikdə apardığı axtarışdan və cinayət işindən danışıb.

Amerikanın Səsi: Vergilər Nazirliyi Turan Agentliyində axtarış aparıb. Səbəb nədir?

Avtomatik olaraq cinayət işi qaldırılıb

Mehman Əliyev: Səbəb, - külli miqdarda vergidən yayınmaqla bağlı kameral yoxlamalar əsasında avtomatik olaraq cinayət işi qaldırılıb. Çünki vergidən yayınmağın məbləği 20 min manatdan yuxarı qeyd edilib. Həmin cinayət işinin əsasında Nəsimi rayon Məhkəməsinin qərarı ilə axtarış aparılıb.

Amerikanın Səsi: Turan Agentliyindən hansı sənədləri götürüblər?

Mehman Əliyev: Maliyyə sənədlərini, bir sıra işgüzar sənədləri (işçilərin qeydiyyatı ilə bağlı və s.) götürüblər. Elektron daşıyıcı və çap məhsullarını görürüblər.

Amerikanın Səsi: Axtarış zamanı jurnalistlərin şəxsi sənədlərinə, onların yazılarına, məqalələrinə, komputerlərinə baxış keçirilib?

Mehman Əliyev: Yox. Yaradıcılıq hissəsi ilə bağlı heç bir yoxlama aparılmayıb.

Amerikanın Səsi: Turan Agentliyi Vergilər Nazirliyində açılan cinayət işinin media azadlığına qarşı olduğunu bildirib. Agentlik bağlana bilər?

Mən yenə də təsdiq edirəm ki, bu media azadlığına qarşıdır. Yəni, Turana qarşı aparılan əməliyyatdır.

Mehman Əliyev: Mən yenə də təsdiq edirəm ki, bu media azadlığına qarşıdır. Yəni, Turana qarşı aparılan əməliyyatdır. Çünki biz məhkəməyə verdiyimiz şikayətdə və vergilər naziri Fazil Məmmədovun adına göndərdiyimiz müraciətdə qanun pozuntularını göstərmişik. Cinayət işinin açılması ilə bağlı qərarın verilməsi əsassızdır. Turanın bağlanması da real ola bilər. Turan bağlana bilər. Yəni, biz buna həmişə hazır olmuşuq. Son 20 ildə real olaraq biz buna hazır olmuşuq. Necə ki, başqa medialarda bu baş verdi, Turan üçün də hər an baş verə bilərdi. Ya hakimiyyətlə iş birliyi yaratmalısan, ya da sıradan çıxmalısan. Əslində, Azərbaycanda həmişə bu siyasət aparılıb. Biz məntiqlə bu xəttə baxsaq, bu baş verə bilər.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Hakimiyyət tərəfi hansısa bir plan qurub və planı çərçivəsində də qanunları tapdalayaraq bu işi aparır. Belə halda vəziyyətdən çıxışı görmürəm.

Mehman Əliyev: Əslində, mən vəziyyətdən çıxışı görmürəm. Çünki hakimiyyət tərəfi hansısa bir plan qurub və planı çərçivəsində də qanunları tapdalayaraq bu işi aparır. Belə halda vəziyyətdən çıxışı görmürəm. Yəni hakimiyyət çalışacaq ki, axıradək maksimal dərəcədə məsələni həll etsin. Buraya agentliyin qapadılması, başqa məsələ də daxil ola bilər. Amma hələ ki, mən çıxış yolu görmürəm. Çünki biz məhkəməyə və nazirə məktubumuzda çıxış yolunu təklif etdik. Bir də müsahibələrimizdə, çıxışlarımızda çıxış yolunu göstərmişik. Ancaq, qarşı tərəf bunu eşitməyib, eşitmək də istəmir, öz hərəkətlərini davam etdirir. Bugünkü axtarış da elə onu sübut edir.

Amerikanın Səsi: Turan Agentliyi Vergilər Nazirlıiyini məhkəməyə verib. Məhkəmə baxışı nə vaxta təyin edilib? Turan Agentliyi Vergilər Nazirliyindən nə tələb edir?

Mehman Əliyev: Birincisi, baxış hələ təyin olunmayıb. Əgər təyin olunsa, sentyabrın əvvəllərində olacaq. Biz qeyd etmişik ki, cinayət işi ləğv olunmalıdır, cinayət işi dayandırılmalıdır. Onları maraqlandıran suallara cavab verməyə hazırıq. Əsas məsələ budur.

Amerikanın Səsi: Belə olan halda axtarış təyin edilib?

Onların cavabı daha da sərtləşmək, daha da məsələni genişləndirmək istiqamətidir.

Mehman Əliyev: Onların cavabı daha da sərtləşmək, daha da məsələni genişləndirmək istiqamətidir. Hətta, bu gün dedilər ki, orada konkret 3 il göstərilir (2014-ci lin iyulundan 2017-ci ilin iyulunadək). Bu gün dedilər ki, bizə 2010-cu ildən təhqiqat aparmaq lazım olacaq. Çox maraqlıdır. Demək istəyirəm ki, işi daha çox şişirtmək, daha çox uzatmaq, yəni məqsəd budur, - təzyiq etmək.

Amerikanın Səsi: Hökumətə, ictimaiyyətə sözünüz?

Mehman Əliyev: İctimaiyyətə, hökumətə sözümüz yoxdur. Sözüm ondan ibarətdir ki, bizə qarşı bu addımlar qeyri-qanunidir, ədadlətsizdir. Hesab edirəm ki, hökumətin bizə böyük borcu var. Milyonlarla borcları var. Çünki onların 1998-ci ildən apardığı siyasət nəticəsində başqa medialar da, o cümlədən Turan da milyonlarla vəsait itirib. Yəni bu pulları qazana bilməyib. Mən də onlara qarşı bu ittihamı irəli sürürəm. Bu realdır.

XS
SM
MD
LG