Accessibility links

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mehman Əliyevi dərhal azad etməyi tələb edir


Harlem Dizer
Harlem Dizer

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb, onu dərhal azad etməyi tələb edib.

"Mehman Əliyevin həbsinin siyasi motivli olduğunu hesab etmək üçün bütün əsaslar var və mən Azərbaycan hakimiyyətini israrla jurnalisti dərhal və qeyd-şərtsiz azad etməyə, onun fundamental hüquqlarının pozulmayacağına zəmanət verməyə çağırıram", deyə bəyanatda qeyd edilir.

Dezir qeyd edir ki, istintaq aparmaq və ya Mehman Əliyevin rəhbərlik etdiyi özəl Turan agentliyinin işini əngəlləmək üçün jurnalisti həbsdə saxlamağa ehtiyac yoxdur.

Bəyanatda xatırladılır ki, Əliyev vergi ödənişindən yayınmaqda ittiham olunub və müəyyən edilmiş cərimənin ilkin məbləği 18 min avro olub. Amma məhkəmədə daha böyük məbləğin mənimsənilməsi və 60 min manat (30 min avro) məbləğində verginin ödənilməməsi ittihamı irəli sürülüb.

Agentliyin ofisində aparılan axtarışlar və onun bank hesablarının dondurulması kollektivin sentyabrın 1-dən fəaliyyətini dayandırmağa qərar verməsinə səbəb olub.

Dezir avqustun 17-də Azərbaycan hakimiyyətinə ilk müraciətində artıq "Turan-ın işinə və ölkədə fikir plüralizminə təsir edə biləcək hər hansı addımdan çəkinməyə" çağırmışdı.

"Mehman Əliyev media sahəsində tanınmış ekspert və ATƏT tədbirlərinin aktiv iştirakçısı, mütəfəkkir və dərin hörmət bəslədiyimiz həmkarımızdır", deyə Harlem Dezir qeyd edib. O, Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğunu ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG