Accessibility links

Böyük Britaniya Turan agentliyinin direktorunun həbsindən narahatdır


Böyük Britaniya
Böyük Britaniya

Böyük Britaniya Azərbaycan hakimiyyətini azad ifadə və ədalətli məhkəmə hüququnu təmin etməyə çağırır.

Turan agentliyinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi və agentliyin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib:

"Böyük Britaniya Turan agentliyinə qarşı cinayət işindən və agentliyin direktorunun həbsindən narahatdır.

Hadisələrin bu şəkildə inkişafı bu əməllərin siyasi motivləri, ifadə azadlığının və müstəqil KİV-in fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar narahatlıq doğurur.

Böyük Britaniya vəziyyətin gedişatını izləyir və Azərbaycan hakimiyyətini fundamental azadlıqların, insan hüquqlarının, qanunun aliliyinin, o cümlədən Mehman Əliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi üzrə öhdəliklərinə riayət etməyə çağırır", Böyük Britaniya XİN-in nümayəndəsi bildirib.

XS
SM
MD
LG