Accessibility links

Fuad Ağayev: Mehman Əliyev təcridxanada 5 saata yaxın dindirilib [Video]


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev sentyabrın 5-də 1 saylı Bakı İstintaq Təcridxanasında beş saata yaxın dindirillib.

Dindirilmədən sonra vəkil Fuad Ağayev istintaq təcridxanasının qarşısında Amerikanın Səsinə müsahibə verib.

Vəkil bildirib ki, Mehman Əliyev istintaqın çoxsaylı suallarına cavab verib.

Yəqin ki, dövlət başçısından burada bir iradə nümayişini gözləyirlər.

"Sualların əksəriyyətinin ittihamlara heç bir aiddiyyatı yox idi".

İstintaqın gedişatını vəkil müsbət qiymətləndirməyib.

“Ümumiyyətlə barəsində ibtidai araşdırma aparılan cinayət işinin başlanmasının özü qanunsuzluqdur”.

Aağayev istintaqdan hazırda hər hansı müsbət qərar gözləmir.

"İstintaq qeyri-müstəqildir. Mən hesab eləmirəm ki, bu cinayət işini müstəqil şəraitdə başlayıblar ki, müstəqil şəkildə də ona xitam versinlər. Yəqin ki, dövlət başçısından burada bir iradə nümayişini gözləyirlər," o bildirib.

Bununla belə Fuad Ağayev Turan İnformasiya Agentliyinin direktorunun səhhətinin normal olduğunu deyib.

Vəkil onu da qeyd edib ki, sentyabrın 4-də vəkil Fuad Ağayev Turan agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə Yasamal Rayon Məhkəməsinə vəsatət verib. (Məhkəmə bu vəsatətə sentyabrın 6-da saat 14.30-da baxacaq).

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıblar.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.

Fransa və Böyük Britaniya Xarici İşlər Nazielikləri M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildirib və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG