Accessibility links

Fransalı jurnalistlərə noyabrın 7-də hökm oxuna bilər


Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalisti ilə bağlı iddiasına baxır. Həmin jurnalistlər defamasiyada ittiham olunur. Beynəlxalq media qurumu isə bu iddianı Bakının "Fransaya senzuranın ixracı" cəhdi adlandırıb.

Sentyabrın 5-də Parisin Nanter bölgəsində yerləşən məhkəmədə Elise Lucet və Laurent Richard-la bağlı iddiaya baxılıb.

Laurent Richard
Laurent Richard

Jurnalistlər Azərbaycan hökumətini iki il öncə "diktatura" adlandırmaqla ona böhtan atmaqda suçlanırlar. Hadisə Fransanın o zamankı prezidenti Fransua Hollandın Azərbaycana səfəri zamanı baş verib.

2015-ci ilin sentyabrında "France 2" televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanın "dünyanın ən qəddar diktaturaları"ndan biri olduğunu söyləyib.

Richard isə "France Info" radiosuna müsahibəsində Azərbaycana "diktatura" deyib. Richard və operatoru 2014-cü ilin mayında Bakıdan çıxan zaman qısa müddətə saxlanılıb və avadanlıqları əllərindən alınıb.

Verilən məlumata görə, iddia tərəfi məhkəmədə bildirib ki, Şərqdə ilk dəfə Azərbaycanda 1918-ci ildə cümhuriyyət qurulub. Azərbaycanda diktatura rejiminin hökm sürdüyünü iddia etmək düzgün deyil.

Hökmün noyabrın 7-də çıxarılacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG