Accessibility links

Mehman Əliyevin məhkəməsi təxirə salınıb [Video]


Jurnalist Mehman Əliyevə dəstək nümayiş olunur
please wait

No media source currently available

0:00 0:00:07 0:00

Jurnalist Mehman Əliyevə dəstək nümayiş olunur

Sentyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində Turan İnformasiya Agentliyinin direktoru haqında Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılması təxirə salınıb.

Saat 14.30-da başlanmalı olan iclasın 3 saatdan sonra təxirə salındığı bildirilib.

Bu barədə jurnalistlərə açıqlama verən vəkil Fuad Ağayev deyib ki, hakimlər konvoy problemi səbəbindən Mehman Əliyevin məhkəməyə gətirilmədiyini söyləyiblər:

"35 illik vəkillik fəaliyyətimdə ilk dəfədir belə bir hadisə ilə rastlaşıram. Proses sentyabrın 11-nə saat 14.30 və 15.00-a təxirə salındı".

Bu gün Mehman Əliyevin tutulma və girov müqabilində azad olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarlarından apelyasiya şikayətinə baxılmalı idi.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Jurnalist Mehman Əliyevə dəstək nümayiş olunur
please wait

No media source currently available

0:00 0:00:12 0:00

Jurnalist Mehman Əliyevə dəstək nümayiş olunur
please wait

No media source currently available

0:00 0:00:07 0:00

Apellyasiya məhkəməsinin önü
please wait

No media source currently available

0:00 0:00:17 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG