Accessibility links

Faiq Əmirli azadlığa çıxıb - Mənim heç bir günahım yoxdur [Video] (Yenilənib)


“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli azadlıqda
please wait

No media source currently available

0:00 0:01:17 0:00

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli azadlıqda

Apellyasiya məhkəməsi onun barəsində 2 il 6 ay şərti cəza təyin edərək məhkəmə zalından azadlığa buraxıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Prosesdə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub. Onun barəsində 2 il 6 ay şərti cəza təyin edilən F. Əmirli məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Faiq Əmirli Səbail rayon Məhkəməsinin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun dövlətə 39 min manat ödəməli olduğu da qeyd olunub.

F. Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

F.Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.

Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli bu xəbərə qızlarının sevinəcəyini deyir
please wait

No media source currently available

0:00 0:00:23 0:00

Faiq Əmirli azadlığa çıxıb
please wait

No media source currently available

0:00 0:00:33 0:00

Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:00:23 0:00

XS
SM
MD
LG