Accessibility links

Elçin İsmayıllı məhkəmədə son söz deyib


Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə prosesi keçirilib.

Vəkillər Elçin Sadıqov və İslam İsmayılov müdafiə çıxışında işin qurama və sifarişli olduğunu bildirərək, bəraət hökmü çıxarılmasını istəyib.

Elçin İsmayıllı da məhkəmədə son söz deyib. O, həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu, yerli hakimiyyət orqanlarının qanunsuz fəaliyyətindən yazdığı məqalələri ilə bağlı olduğunu deyib. Jurnalist cinayət işinə bəraətedici əsaslarla xitam verilməsini istəyib.

Hökmün elan olunması sentyabrın 18-dək təxirə salınıb.

Məhkəmə başlanan zaman hakim Rəşid Hüseynov vəkil Elçin Sadıqovun barəsində tədbir gördürəcəyi ilə hədələyib. Sadıqov isə hərəkətlərinin “Vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun qurduğunu hakimin diqqətinə çatdırıb. Bu zaman hakim jurnalisti məhkəmə zalından çıxarıb.

Dövlət ittihamçısı İsmayıllıya 10 il həbs istəyib.

Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri A.Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı M.Sadıqov verib və Elçinə çatdırmasını istəyib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra vəkilinin deməsinə görə, ittiham ağırlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG