Accessibility links

Jurnalist Əziz Orucovun məhkəməsi başlayır [Video]


Jurnalist Əziz Orucovun məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Jurnalist Əziz Orucovun məhkəməsi başlayır

Məhkəməı baxışı oktyabrın 10-na təyin edilib

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal-13» internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə hazırlıq iclası olub.

Hakimlər Ə.Orucovun anket məlumatlarını dəqiqləşdirəndən sonra onun vəkilləri bir neçə vəsatət qaldırıb.

Vəkil Cavad Cavadov əvvəlcə Ə.Orucovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq vəkillərinin yanında əyləşməsini istəyib. Vəkil həmçinin, məhkəmə prosesinin audio və video yazısına icazə verilməsini istəyib. Bu vəsatətini də sonda məhkəmə iclas protokollarında təhriflərə yol verilmə ehtimalı ilə əsaslandırıb:

"Audio və video yazıya icazə verilməsini ona görə istəyirik ki, iclas protokollarında səhvlər olur. Əgər çəkiliş olsa, bu problem olmaz".

Prokuror Fəhmin Hümbətov vəsatətlərə etiraz edib. Deyib ki, məhkəmə zalında şüşə kabinədə məhkumun əyləşməsi Penitensiar Xidmətin əməkdaşları tərəfindən tənzimlənir.

Hakimlər Ə.Orucovun vəkillərinin yanında əyləşməsi barədə vəsatəti təmin edib və o, şüşə kabinədən çıxarılıb.

Video və audio yazıya gəlincə, hakim bildirib ki, məhkəmədə jurnalistlər var və istədikləri kimi məlumat hazırlayırlar. Həm də məhkəmə iclasları protokollaşdırılır.

Vəkil C.Cavadovun daha bir vəsatəti isə cinayət işinə xitam verilməsi, bu vəsatət təmin olunmazsa, Ə.Orucov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin hökmü bəlli olana qədər onun ev dustaqlığına buraxılması barədə olub. Müdafiəçi deyib ki, Ə.Orucov heç bir qrant müqaviləsinə imza atmayıb:

Digər vəkil Əlibala Rzayev də ittihamların əsassız olduğunu söyləyib.

"Bu ittihamlar havadan götürülüb. Məhkəmədə araşdırılmalı nəsə yoxdur. Ona görə də işə xitam verilməlidir. Məhkəmədə nəyi araşdıracaqsınız?" o sual edib.

Vəsatətlərin heç biri təmin olunmayıb. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə oktyabrın 10-na təyin edilib.

"Kanal 13" İnternet Telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Orucov ittihamları qəbul etmir, sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG