Accessibility links

Əfqan Muxtarlının həyat yoldaşı Gürcüstanı tərk etdi


Əfqan Muxtarlı və Leyla Mustafayeva

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.

Bu barədə oktyabrın 12-də AzadlıqRadiosuna Leyla xanımın özü məlumat verib.

Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.

Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyir.

Mustafayeva bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edir.

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra izləmələr intensivləşmişdi. Biz bundan əvvəlki izləmələr barədə də prokurorluğa şikayət, habelə həmin adamların foto və videolarını cəkib vermişdik.

Leyla Mustafayeva əvvəl də dəfələrlə Gürcüstanın hüquq-mühafizə orqanlarını Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Azərbaycana aparılması ilə bağlı effektli istintaq aparmamağa görə tənqid edib, həmçinin müəyyən şəxslər tərəfindən izlənildiyini və Gürcüstanda özünə qarşı təhlükə olduğunu deyib.

Leyla Mustafayeva buna görə oktyabrın 11-də 4 yaşlı qızı Nurayla birlikdə Gürcüstanı tərk edərək Berlinə getdiyini bildirib: “Avqustun 24-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra izləmələr intensivləşmişdi. Biz bundan əvvəlki izləmələr barədə də prokurorluğa şikayət, habelə həmin adamların foto və videolarını cəkib vermişdik. Hətta kafelərdən birində naməlum adamın mənim oturduğum stolun yanına çanta qoymasının videosunu da prokurorluğa verdik. Çanta demək olar ki, boş olduğundan güman edirdik ki, orda dinləmə qurğusu ola bilər. Prokurorluqdan mənə bildirdilər ki, bəli həmin adam çantanı məqsədli şəkildə yerləşdirib, amma prokurorluq sonrakı gün həmin adamı müdafiə elədi, dedi ki, o ela adam deyil".

Leyla Mustafayeva yaxın vaxtlarda Almaniya hökumətindən sığınacaq istəyəcəyini deyib.

Gürcüstandan oturum izni alan jurnalist Əfqan Muxtarlı bu il mayın 29-da müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanılarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun dediyinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.

Gürcüstandan qaçırılaraq Bakıya gətirilmiş Əfqan Muxtarlı həbs olunub.
Gürcüstandan qaçırılaraq Bakıya gətirilmiş Əfqan Muxtarlı həbs olunub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG