Accessibility links

Həbsdə olan jurnalistin anası prokurorluqda izahat verib


Zahirə Şirəliyeva
Zahirə Şirəliyeva

Həbsdə olan 7gün.az saytının rəhbəri Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva oğlunun işgəncəyə məruz qalması ilə bağlı Xəzər rayon Prokurorluğuna çağırılıb. Bu barədə Zahirə Şirəliyevanın özü bildirib.

“Prokurorluq əməkdaşları məni dinlədi və izahatımı aldı. Bildirdilər ki, müraciətlər prokuroluğa daxil olub. Onlar Cavid Şirəliyevə verilən işgəncə faktının araşdırılmasına başlayıb və izahat da bunun üçün alındı. Eyni zamanda bildirdilər ki, yaxın günlərdə məsələ ilə əlaqədar onlar Cavid Şirəliyevlə də görüşəcəklər və məsələni araşdıracaqlar. Cavid Şirəliyevə işgəncə verilməsi prokurorluğun diqqətindədir və onlar tərəfindən bu məsələ araşdırılacaq”, ana qeyd edib .

Cavid Şirəliyev
Cavid Şirəliyev

C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

O, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.

Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir.

Bu il oktyabrın 3-də Zahirə Şirəliyeva 9 saylı Cəzaçəkmə Müəsissəsində 10 günlük cərimə kamerasında qaldıqdan sonra oğlu Cavid Şirəliyevlə görüşüb.

“Cavid Şirəliyev və Rüfət Səfərov (keçmiş müstəntiq) cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq aclıq aksiyası keçirmək istədiklərinə görə cərimə kamerasına (kars) salınıb. 10 gun karsda olan müddətdə ağır işgəncələrə məruz qalıblar. Oğlum Cavidi asfalta yıxaraq əllərinə qandal vurulmuş vəziyyətdə təpik, dubinka ilə ürəkləri soyuyana qədər döyüblər. Cavidin şalvar-köynəyi cırıq-cırıq idi, paltarlari hal-hazirda məndədir. Əllərini və ayaqlarını dəmir çarpayıya qandallayaraq 3 saatdan çox saxlayıblar. Mənimlə olan müddətdə vəziyyəti çox pis idi. Heç nə yemir, həkim müayinəsinə ehtiyacı var”, ana oğlu ilə oktyabrın 3-də görüşündən sonra bildirmişdi.

Öz növbəsində Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində işgəncə ilə bağlı söylənilənləri təkzib edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Rüfət Səfərova və ya digər hər hansı şəxsə işgəncə verilməsinin mümkünsüz" olduğunu bildirib.

Karserə salınmasına gəlincə, M.Sadıqovun sözlərinə görə, mühakimə olunmuş şəxs və ya onun vəkili bu qərardan məhkəməyə şikayət verə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG