Accessibility links

Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır [Video]


Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır

Məhkəmə vəkillərin yalnız bir vəsatətini təmin edib

Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə bloger Mehman Hüseynovun işinə yenidən baxılmasına başlanılıb.

Bu il sentyabrın 29-da Ali Məhkəmə M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və onun şikayəti Apellyasiya Məhkəməsinə qaytarılıb.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

Bundan əvvəl, yanvarın 9-da onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək 200 manat cərimə edilmişdi. Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Əlirza Əbilov polis rəisinin iradını təsdiqləyib.

M.Hüseynovun vəkilləri üç vəsatət qaldırıb: onun “şüşə qəfəs”dən buraxılaraq vəkilin yanında əyləşməsinə icazə verilsin; həbs qətimkan tədbiri dəyişdirilsin; şikayətə məhkəmə istintaqı aparılmaqla baxılsın.

Məhkəmə heyəti vəkillərin yalnız məhkəmənin istitnaqla aparılması barədə vəsatətini təmin edib. Hansı ki, Ali Məhkəmənin qərarında da bu əksini tapıb.

Vəkil Fuad Ağayev diqqəti ona yönəldib ki, M.Hüseynov Bakının mərkəzində oğurlanaraq Nəsimi rayon polisinə aparılıb və orada fiziki təzyiqə məruz qalıb. O bu barədə ictimaiyyətə məlumat verərkən onu böhtanda ittiham ediblər.

Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsi obyektiv təhqiqat aparmadan hökm çıxarıb. Vəkilin fikrincə, Mehman Hüseynovun saxlanıldığı küçədəki video kameralardakı, onun polis avtomobilinə oturdulması əks olunmuş polis avtomobilindəki video reqistratordakı, polis avtomobilindəki naviqasiya aparatındakı, küçələrdə yerləşdirilmiş “Təhlükəsiz şəhər” kameralarındakı, polis binasında müşahidə kamerasındakı video qeydlərə baxış kimin həqiqətən cinayət törətdiyini göstərər. O, məhkəmədən xahiş edib ki, bu video görüntülər məhkəməyə təqdim edilsin. Bütün video görüntülər iddia tərəfindədir. Bu kadrlara baxılanda M.Hüseynovun M.Musayevə nədə böhtan atmasına aydınlıq gətiriləcək”.

Vəkil müşahidə kameralarının görüntülərinə baxılmadan Mehman Hüseynovun təqsirkar elan edilməsi barədə məhkəmə qərarının ədalətə söykənmədiyini deyib.

“Məhkəmə bu video görüntülərə baxılmadan Mehman Hüseynovu məhkum edib. Bu halda məhkəmənin ədalətə deyil, kimlərə xidmət etdiyi görünür”, o qeyd edib.

Vəkil həmçinin polis rəisi Musa Musayevin məhkəməyə ifadə verməsi üçün dəvət edilməsi barədə vəsatət qaldırıb.

M.Hüseynov ittihamı qəbul etmir. "Mən M.Musayevi tanımıram. Özümü də təqsirkar bilmirəm".

M.Hüseynov Nəsimi rayonu ərazisində 15 əxlaqsızlıq yuvasının fəaliyyət göstərdiyini deyərkən hakim onun sözünü kəsərək xəbərdarlıq edib və dərhal növbəti iclası noyabrın 10-na təyin edib.

M.Hüseynov “Sancaq” satirik onlayn-jurnalında yüksək vəzifəli məmurların korrupsiyaya uğraması haqda çoxsaylı videomateriallar hazırlayıb. Blogerin reportajları geniş ictimai rezonansa səbəb olub, yüz minlərlə insan tərəfindən izlənib.

Yerli hüquq müdafiəçiləri Hüseynovu "siyasi məhbus" kimi tanıyıb. Çoxsaylı beynəlxalq təşkilatlar Mehman Hüseynovun həbsini pisləyən bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG