Accessibility links

Xədicə İsmayıl: Mükafatı ala bilməsəm Azərbaycanda korrupsiyanın araşdırılmasına xərclənməsini xahiş edəcəm [Audio-Müsahibə]


Xədicə İsmayıl
Xədicə İsmayıl

Jurnalist Amerikanın Səsinə müsahibəsində bank hesabına həbs qoyulduğunu bildirib

“Bu gün məlumat veriblər ki, noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə mənim “Kapitalbank”dakı hesabıma həbs qoyulub. Noyabrın 27-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində bu məsələ ilə bağlı məhkəmə baxışı olacaq. Məhkəmə qərar verənədək bank hesablarımda həbs olacaq”, bu barədə jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, məhkəmə jurnalistin vergi öhdəliyinin olub-olmaması barədə qərar verəndən sonra bank hesabı ilə bağlı həbs qərarına aydınlıq gələcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.

O zaman hesab açmaq üçün dörd banka getdim. Banklarda sistem mənim adımı qəbul etmirdi.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

YUNESKO-ya şikayət etdim və “Kapitalbank”-da hesab aça bildim və mükafatımı hissə-hissə ala bildim.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

X.İsmayıl son illər bir neçə nüfuzlu mükafata layiq görülüb.

O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.

Bu il sentyabrın 26-da X.İsmayıl "Nobel mükafatına alternativ" - "Dürüst Həyat" (Right Livelihood) laureatı adını qazanıb.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi "Allard" mükafatının qalibi də Xədicə İsmayıl elan edilib.

Jurnalist qalibi olduğu mükafatların bir neçəsinin banka köçürülmüş vəsaitini hazırda ala bilmədiyini deyib. İsmayılın sözlərinə görə, YUNESKO-nun mükafatı göndərilərkən də problemlə qarşılaşıb.

İstəyirəm mükafatım Azərbaycana gəlsin, qanuni yollarla dövlət büdcəsinə vergimi ödəyim. Bunun üçün qanunun imkan verdiyi çərçivədə mübarizə aparacam.

“O zaman hesab açmaq üçün dörd banka getdim. Banklarda sistem mənim adımı qəbul etmirdi. Məlum idi ki, sifariş verilib. Nəhayətdə YUNESKO-ya şikayət etdim və “Kapitalbank”-da hesab aça bildim və mükafatımı hissə-hissə ala bildim. İndi isə son iki mükafatımın hissə-hissə göndərilməsini xahiş etmişdim. Mükafatın bir hissəsini göndəriblər və bu zaman bank hesabıma həbs qoydular”, o qeyd edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:18 0:00

Jurnalist bu addımı ironiya ilə “mükafatı ofşor zonalar vasitəsi ilə almağa çağırış” kimi qəbul etdiyini deyib.

“Yox, mən belə etməyəcəm. İstəyirəm mükafatım Azərbaycana gəlsin, qanuni yollarla dövlət büdcəsinə vergimi ödəyim. Bunun üçün qanunun imkan verdiyi çərçivədə mübarizə aparacam. İndi məhkəməyə müraciət edəcəm”, o qeyd edib.

Jurnalist mükafatı ala bilmədiyi təqdirdə vəsaitin Azərbaycanda korrupsiya hallarının araşdırlmasına sərf edilməsini xahiş edəcəyini bildirib.

“Görsəm ki, mükafatı ala bilmirəm. Mən və ailəm o puldan yararlana bilmir. O zaman mükafatı verən təşkilatlardan xahiş edəcəm ki, vəsaiti xeyriyyə və Azərbaycanda korrupsiya hallarının araşdırlması məqsədi ilə xərcləsinlər”, o qeyd edib.

XS
SM
MD
LG