Accessibility links

Əfqan Muxtarlının cinayət işinə Balakən rayon Məhkəməsi baxacaq


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Jurnalsit Əfqan Muxtarlının cinayət işinə Balakən rayon Məhkəməsində (Bakıdan 419 kilometr şimal-qərb) baxılacaq. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, noyabrın 20-də Əfqan Muxtarlı Şəki İstintaq Təcridxanasına köçürüləcək.

Əfqan Muxtarlı. Bakı, Azərbaycan. 31 may 2017
Əfqan Muxtarlı. Bakı, Azərbaycan. 31 may 2017

Vəkilin sözlərinə görə, məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

Gürcüstandan oturum almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək), 206.1 (qaçaqmalçılıq).

Ə.Muxtarlı ittihamları rədd edərək həbsinin siyasi sifariş adlandırıb.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Çoxsaylı bynəlxalq təşkilatlar Muxtarlının dərhal həbsdən azad edilməsi ilə bağlı bəyanatlarla çıxış edib. Jurnalistin Tbilisidən müəmmalı şəkildə yoxa çıxmasından sonra Gürcüstan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Bu ölkənin prezidenti də daxil olmaqla, hökumət qurumları, parlament üzvləri bəyanatlarla çıxış edib. Gürcüstan hüquq müdafiəçiləri və jurnalistlər Tbilisidə hüquq mühafizə orqanlarının və hökumət qurumlarının binaları qaşısında Muxtarlının başına torba keçirilərək oğurlanmasına etiraz olaraq aksiyalar keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG