Accessibility links

Data Jurnalistika Kursu təşkil edilib


Data Jutrnalistika
Data Jutrnalistika

Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz Tədqiqat Resurs Mərkəzi data savadlılığının əhəmiyyətini nəzərə alaraq altı seminardan ibarət pulsuz Data Jurnalistika Kursuna (https://az.usembassy.gov/az/data-jurnalistikasi-kursu/ ) başlayır. Seminarlar ayda bir dəfə olmaqla 2017-ci ilin dekabrından 2018-ci ilin may ayına qədər keçiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində məlumat yayıb.

İlk seminar Data Vizuallaşdırmasına həsr olunacaq və 2017-ci ilin 4-5 dekabr tarixlərində keçiriləcək. Digər beş seminarın vaxtı yanvar ayında açıqlanacaq.

Kurs bu mövzuları əhatə edəcəkdir: xəbərlərdə datanın rolu, data jurnalistikası üçün lazım olan bacarıqlar, müvafiq datanın toplanması və təmizlənməsiı, mövzuların müəyyənləşdirmək üçün datanın analizi metodları və datanın təqdim edilməsi. Seminarlar yerli təlimçilər tərəfindən Azərbaycan dilində və Azərbaycan dilinə eyni vaxtda tərcüməsi olan beynəlxalq təlimçilər tərəfindən keçiriləcəkdir.

6 seminarın hər birinə qatılan iştirakçılar kursun təşkilatçıları olan EPF / CRRC və ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən Sertifikatla təltif olunacaq.

Data Jurnalistika Kursuna Azərbaycanda onlayn, çap və yayım media qurumlarında çalışan jurnalistlər; jurnalistika ixtisası üzrə təhsil alan magistr və bakalavr proqramının sonuncu kurs tələbələri müraciət edə bilər.

Seminarda iştirak sayı limitlidir. Qeydiyyatdan keçmək üçün bu linkdəki formanı (http://bit.ly/2ijnnVh) noyabrın 26-sı Bakı vaxtı ilə saat 17-dək doldurmalısınız.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG