Accessibility links

Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub [Video & Vəkil Nemət Kərimli ilə müsahibə]


Əfqan Muxtarlı (Foto by: Elman Fəttah)
Əfqan Muxtarlı (Foto by: Elman Fəttah)

Məhkəmə baxışı dekabrın 14-nə təyin edilib

Noyabrın 30-da Balakən rayon məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) hakim Hümbət Səlimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə hazırlıq iclası olub. Jurnalisti məhkəmədə vəkillər Nemət Kərimli və Elçin Sadıqov müdafiə edib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmə baxışı dekabrın 14-də saat 10.30-da Balakən rayon Məhkəməsinə təyin edilıib.

Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Vəkillərin çoxsaylı vəsatətlərindən yalnız biri, jurnalistin vəkillərinin yanında oturması ilə bağlı vəsatət təmin edilib.

“Cinayət işi üzrə icraata xitam verilməsi, həbs qəti imkan tədbirinin dəyişdirilməsi, prosessual qanunvericiliyə zidd yolla əldə edilmiş sübutların, axtraış və götürmə ilə bağlı protokolların sübutlar siyahısından çıxarılması, Əfqan Muxtarlının xeyrinə ifadə vermiş əlavə şahidlərin məhkəməyə dəvət edilməsi, Daxili İşlər Nazirliyindən azadlığın məhdudlaşdırılması ilə bağlı başlanmış cinayət işi üzrə qərarın əldə edilərək iş materiallarına daxil edilməsi və Muxtarlının vəkillərinin yanında oturması ilə bağlı vəsatətlər verdik. Hakim yalnız Muxtarlının vəkillərinin yanında oturması barədə vəsatətimizi təmin etdi”, Kərimli qeyd edib.

Gürcüstandan oturum almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək), 206.1 (qaçaqmalçılıq)maddələri ilə cinayət işi qaldırılıb.

Ə.Muxtarlı ittihamları rədd edərək həbsinin siyasi sifariş adlandırıb.

Çoxsaylı beynəlxalq təşkilatlar Muxtarlının dərhal həbsdən azad edilməsi ilə bağlı bəyanatlarla çıxış edib. Jurnalistin Tbilisidən müəmmalı şəkildə yoxa çıxmasından sonra Gürcüstan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Bu ölkənin prezidenti də daxil olmaqla, hökumət qurumları, parlament üzvləri bəyanatlarla çıxış edib. Gürcüstan hüquq müdafiəçiləri və jurnalistlər Tbilisidə hüquq mühafizə orqanlarının və hökumət qurumlarının binaları qaşısında Muxtarlının başına torba keçirilərək oğurlanmasına etiraz olaraq aksiyalar keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG