Accessibility links

Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işi üzrə istintaqı başa çatdırıb [Video]


Mehman Hüseynov
Mehman Hüseynov

Hakim növbəti iclası dekabrın 15-nə təyin edib

Dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işi üzrə proses davam edib.

İclasın əvvəlində vəkillər Fuad Ağayev, Şəhla Hümbətova və Fəxrəddin Mehdiyev bildiriblər ki, M.Hüseynov bloger fəaliyyətinə və jurnalist işinə görə təqib olunur.

Ş.Hümbətova məhkəmənin diqqətini ona yönəldib ki, M.Hüseynov yüksək vəzifəli şəxslərin və deputatların biznesi, villası haqda videoreportajlar hazırlayıb. O həmin reportajların yazıldığı diski araşdırmaq üçün məhkəməyə təqdim edib. Ancaq ittihamçının nümayəndəsi Əlirza Əbilov bunun əleyhinə olub və hakim Əflatun Qasımov vəsatəti qəbul etməyib, disklərii geri qaytarıb.

Sonra hakim məhkəmə istintaqının başa çatdırılması ilə bağlı tərəflərin rəyini soruşub. Xüsusi ittihamçının nümayəndəsi razılaşıb.

Vəkil Fuad Ağayev vəsatətləri təmin etməyən məhkəmənin hərəkətini qeyri-obyektiv və qərəzli adlandırıb. O bildirib ki, belə olan halda məhkəmə istintaqının davam etdirilməsinə gərək yoxdur.

Mehman Hüseynov isə ironiya ilə məhkəmə heyətindən məhkəmənin elə bu gün yekunlaşdırlmasını xahiş edib.

"Məhkəməni yekunlaşdırın, mən çıxım gedim. Məni orada (həbsxananı işarə edir) gözləyirlər", o məhkəmənin ədalətli qərar qəbul etməyəcəyinə işarə edərək qeyd edib.

Bu zaman vəkillər son çıxışa hazır olduqlarını bildirsə də hakim növbəti iclası 15 dekabr saat 15:00-a təyin edib.

Bu günki prosesi ABŞ, Fransa, Norveç səfirliklərinin və Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşları müşahidə edib.

Blogerin həbsinə bu ilin yanvarında polisdə işgəncələrə məruz qalması ilə bağlı bəyanatı səbəb olub. Buna cavab olaraq Nəsimi Rayon Polis İdarəsinin rəhbəri Musa Musayev böhtan haqqında iddia qaldırıb. Mayın 3-də Suraxanı Rayon Məhkəməsi M.Hüseynovu böhtanda (CM-in 147-ci maddəsi) təqsirli bilərək iki il müddətinə azadlıqdan məhrum edib.

Apellyasiya Məhkəməsi bloger Mehman Hüseynovun işi üzrə istintaqı başa çatdırıb
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG