Accessibility links

Əflatun Amaşov: Jurnalistika missiyasını öhdəsinə götürmüş heç bir sayt bloklana bilməz [Video]


Əflatun Amaşovun saytların bloklanmasına münasibəti
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Mətbuat Şurasının sədri saytların bloklanması ilə bağlı Amerikanın Səsinin sualını cavablandırıb

“İnsanların təhqir olunması və digər məsələlər, - bunların hamısı kifayət qədər ciddi məsələlərdir. İctimai fikrə təsir göstərən və jurnalistika missiyasını öhdəsinə götürmüş heç bir sayt bloklana bilməz və bloklanmayıb.”

Ümumiyyətlə saytların bloklanmasına gəldikdə, onu yoxlamaq lazımdır ki, onlar nə dərəcədə bloklanıb, bloklanmayıb.

Milli Məclisin deputatı, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Amerikanın Səsinin bir sıra saytların bloklanmasının nə dərəcədə qanuni olması barədə sualına belə cavab verib.

“Ümumiyyətlə saytların bloklanmasına gəldikdə, onu yoxlamaq lazımdır ki, onlar nə dərəcədə bloklanıb, bloklanmayıb. Hər şey məhkəmənin qərarı ilə həyata keçirilməlidir. Mətbuat Şurası da müəyyən şikayətlərə baxır. Şikayətlərdə kifayət qədər problemlər nəzərə çarpır ki, Azərbaycanda ayrı-ayrı insanlar şəxsiyyətinə müdaxilə və şəxsiyyətinin toxunulmazlığı ilə bağlı, digər məsələlərlə bağlı çoxsaylı problemlərlə üzləşir.”

AzadlıqRadiosunun saytına giriş Azərbaycanda bloklanıb.
AzadlıqRadiosunun saytına giriş Azərbaycanda bloklanıb.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Mətbuat Şurası və digər əlaqədar qurumlara mütəmadi olaraq müraciət edirlər.

“Mətbuat Şurası olaraq demək olar ki, hər ay bir neçə dəfə bu məsələlərə baxırıq. İnsan şəxsiyyətinin qorunması və digər məsələlər kifayət qədər önəmli məsələlərdir. Çox təssüf ki, bir sıra məqamlarda müəyyən problemlərlə qarşılaşırıq. Ayrı-ayrı şəxslər, qruplar rəqibləri ilə mübarizədə mediadan istifadə edir. Müəyyən hallarda yanlış və alçaldığı məlumatlar verilir, ailə məsələlərinə müdaxilə olunur,” Amaşov vurğulayıb.

Martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə müxalifətyönümlü İnternet-resursa girişi bloklayıb: azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanalları.

Nazirlik məhkəməyə müraciət edərək həmin saytları “cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda”, əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.

Bloklanan saytlar: azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, “Azərbaycan saatı” və Turan TV videokanalları.

Saytların nümayəndələri ittihamları qəbul etməyib. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.

Bununla belə, mayın 12-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib.

Bu ilin iyun ayında AzadlıqRadiosu Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini son üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

XS
SM
MD
LG