Accessibility links

Əfqan Muxtarlının işi üzrə prosesdə şahidlər ifadə verir [Vəkil Nemət Kərimlinin Amerikanın Səsinə müsahibəsi]


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Dekabrın 14-də Balakən Rayon Məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə istintaqı başlayıb.

Gürcüstanda oturma izni alan jurnalist Ə.Muxtarlı mayın 29-da Tbilisinin mərkəzində oğurlanaraq Azərbaycana gətirilib. Onun sözlərinə görə, bunu Gürcüstanın kriminal polis işçiləri Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə ediblər.

Sərhəddən keçərkən onun cibinə 10 min avro qoyublar və qaçaqmalçılıqda ittiham ediblər.

Ertəsi gün Ə.Muxtarlı Bakıya gətirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).

please wait

No media source currently available

0:00 0:02:20 0:00

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, məhkəmə iclasında ittiham aktı elan olunub. Ə.Muxtarlı ittihamı rədd edərək bildirib ki, Tbilisidən oğurlanaraq gizli şəkildə sərhəddən keçirilib və Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Sonra şahidlərin - güc qurumları əməkdaşlarının ifadələri dinlənilib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi bildirib ki, şahidlərin bir-birinin ifadələrini dinləmək imkanları var. Ən azı, iki şahid sərhəd idarəsi nümayəndəsini dinləyib.

Müdafiə tərəfinin tələbilə şahidlərdən biri siyahıdan çıxarılıb.

Proses davam edir. Vətəndaş cəmiyyətinin və ABŞ səfirliyinin nümayəndələri prosesi izləyir.

Ə.Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG